Modern.az

Deputat hökuməti ehtiyac meyarını ləğv etməyə ÇAĞIRDI

Deputat hökuməti ehtiyac meyarını ləğv etməyə ÇAĞIRDI

13 Noyabr 2019, 16:33

“Ehtiyac meyarını və yaşayış minimumunu bir-birinə yaxınlaşdırmaq yox, ehtiyac meyarını aradan qaldırmaq çox vacibdir. Ona görə də ehtiyac meyarının ləğv olunmasını təklif edirəm”.

Modern.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin iclasında deputat Əli Məsimli çıxış edib.

O, bildirib ki, bir neçə il əvvəl belə bir stereotip var idi:

“Yəni yaşayış minimumunu və minimum əmək haqqını bir-birinə yaxınlaşdırmaq üçün uzun illər tələb olunur. Amma Prezidentin bir fərmanı ilə minimum əmək haqqı yaşayış minimumuna yaxınlaşdırıldı. Hazırda ondan da yuxarıdır. Ona görə də ehtiyac meyarının ləğv olunması məsələsini də həll etmək olar. Bu məsələ nə qədər tez həll olunsa bir o qədər yaxşıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi