Modern.az

3552 məhbus əfv edildi

3552 məhbus əfv edildi

Dünya

14 Noyabr 2019, 22:13

İranın Ali rəhbəri Ayətullah Əli Xamenei əfv sərəncamı imzalayıb.

Modern.az  xəbər verir ki, əfv olunan 3552 məhbusdan 32 nəfəri İran dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edilərək azadlıqdan məhrum edilənlərdir. Onların arasında jurnalistlər və tələbələr də var.

Mətbuat yazır ki, Ali Rəhbər yüksək humanistlik nümayiş etdirib və dövlətə qarşı çıxanları da əfv edib.

İnqilabdan sonra ilk dəfədir ki, İranda dövlətə qarşı cinayətdə ittiham edilərək həbs olunan adam azadlığa buraxılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI