Modern.az

İnternatı tərk edən kimsəsiz gənclər...

İnternatı tərk edən kimsəsiz gənclər...

15 Noyabr 2019, 08:48

Hələ kiçik yaşlarından həyatdan ən böyük “şillə”ni alaraq valideynləri tərəfindən tərk edilən uşaqların uşaq evindən ayrıldıqdan sonrakı həyatı insanı düşündürməyə bilmir. Bu kiməsiz gənclərin sonu necə olur? Onlar harada yaşayır, necə dolanırlar?

 

Maraqlıdır, uşaq evlərində böyüyən gənclərin sonradan sosial həyat güzəranın yaxşılaşdırılması üçün qanunvericilikdə hansı qaydalar mövcuddur? Onlara necə imkanlar yaradılır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı uşaq evindən məzun olan gənclərin “Məzun evi” adlandırılan binalarda yerləşdirildiyini bildirib.

 

“Əhalinin həssas qruplarından olan dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin qayğı ilə əhatə olunması, onların layiqli gələcəyinin təmin edilməsi dövlətin əsas hədəf istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin mühüm bir istiqaməti də dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərə yönəlib. Belə ki, Mehriban xanımın təşəbbüsü olaraq, Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihəsi kimi, Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək, həmin gənclərin istifadəsinə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Məzun evi”  kimi fəaliyyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödənilir. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunur. Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib, normal yaşayış üçün müasir şərait yaradılıb”.

 

 “Məzun evi”nin sakinlərinin məşğulluğunun təminatı da diqqətdə saxlanılır:

 

“Onlardan işaxtaran şəxslərin müəssisənin özündəki ictimai-iaşə və s. iş yerlərində, həmçinin yaxınlıqda yerləşən müxtəlif müəssisələrdə münasib işlərlə təminatı həyata keçirilir. Yeni mənzillə təmin edilən gənclərin böyük hissəsi ailə qurub. İndi burada 207 ailə, 300-ə yaxın uşaq,  ümumilikdə 850-dək insan yaşayır. “Məzun evi”  üçün 4-cü binanın da tikintisinə artıq başlanıb. Nazirliyin dəstəyi ilə “Məzun evi”ndə xalça və tikiş sexləri də yaradılıb. Müəssisədən bir qrup gənc nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə işlə təmin olunublar”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir