Arxiv
15 Noyabr 2019, 14:32 | AKTUAL
Azərbaycanda avtomobillərə pərdə qadağası götürülür - Sürücülərə ŞAD XƏBƏR

Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti bu gün başa çatıb. Mövcud məhdudiyyət götürüləcək.

 

Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə "Report"a bildirib ki, bu qadağanın ləğv olunması ilə bağlı hələ qərar yoxdur:

 

“Mən çox istəyirəm ki, bu qərar ləğv olunsun. Belə hesab edirəm ki, bu qadağanın qoyulması yanlışdır. Ola bilər 15-20 il öncə bu, cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində lazım idi. Çünki ölkədə radikal qüvvələr var idi ki, ölkədəki ictimai-siyasi sabitliyi pozurdular. Amma indi zaman dəyişib, cənab Prezident turizmin inkişafı ilə bağlı mövqe ortaya qoyub, turistlər gəlir. Biz o turistləri başa sala bilmərik ki, hansı ayda jalüzlərdən istifadə etmək olar, hansı ayda yox. Çünki Avropa Komissiyasının qərarına görə, arxa yan şüşələrə pərdə vurulması sürücünün öhtəsinə buraxılır. Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq? Biz Avropaya inteqrasiya ediriksə bu qadağanı ləğv etməliyik. Bu qadağalar bu gündən qüvvəyə minir. Belə hesab edirəm ki, 100 minə yaxın sürücü qadağaların təsiri altına düşəcək. Mən bunun ləğvinin tərəfdarıyam. Ən azı şifahi göstəriş səviyyəsində bu qadağa dayandırılsın, insanlar hansısa formada cərimələnməsinlər”.

 

Deputatın sözlərinə görə, belə bir fikir də formalışır ki, bu qadağaların mahiyyəti hansısa iş adamlarına şərait yaratmaqdır.

 

“Ölkəyə plyonka və pərdələri gətirənlər 6 ay satışla məşğul olurlar, daha sonra sökülür, növbəti 6 ayda yenidən satışa başlayırlar. Bu az rəqəm deyil, 100 mindən çox maşında bu gün plyonkalar var. Bu adamlar niyə cəzalanmalıdır, bunu başa düşmürəm”.

 

Ç.Qənizadə xatırladıb ki, Milli Məclisdə bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb.

 

“Beş-altı aydır məsələ qaldırılıb ki, müvafiq qurumlar bununla bağlı addımlar atsın. Çox təəssüf ki, laqeydlik var. Yəqin ki, növbəti iclaslarda bu məsələ yenidən qaldırılacaq. Eyni zamanda hazırda heç bir problem yaratmayan plyonkaların və pərdələrin hətta qanunda olsa belə sökülməsinin tərəfdarı deyiləm. Gözləmək lazımdı, insanlara əziyyət vermək olmaz”.

 

Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26 Məşhurların əsl adı – onları siz də bilin   7 Dekabr 2019, 18:15 “Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri   7 Dekabr 2019, 18:03 Baş nazir Şahin Mustafayevə yeni vəzifə verdi 7 Dekabr 2019, 17:50 Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR 7 Dekabr 2019, 17:40 10 ildən sonra yenidən dünya çempionu oldu 7 Dekabr 2019, 17:29 Tanınmış jurnalist Parlament seçkilərində namizəd olacaq 7 Dekabr 2019, 17:20 Bakıda bir mənzili bir neçə adama satan zavod direktoru həbs edilib 7 Dekabr 2019, 17:11 Hazırkı deputatların 27-si mandatdan əlini üzsün! - Astroloqdan PROQNOZ   7 Dekabr 2019, 16:50 "Həmrəy olaq"  Milli İncəsənət Muzeyində  7 Dekabr 2019, 16:19 Həmkarlarının Yevda Abramovla bağlı XATİRƏLƏRİ 7 Dekabr 2019, 16:10 "Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEO 7 Dekabr 2019, 16:01 528 məhkum əfv olundu - FƏRMAN 7 Dekabr 2019, 15:52 Azərbaycan idmançısı Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib 7 Dekabr 2019, 15:43 Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ 7 Dekabr 2019, 15:34 Bakıda avtobus sürücüsü sərnişini döyüb 7 Dekabr 2019, 15:22 Fəzail Ağamalının partiyası da parlament seçkilərinə qatılacaq - FOTO 7 Dekabr 2019, 15:13 Ümid Partiyası parlament seçkilərinə gedir - Qərar   7 Dekabr 2019, 15:04 Müsavat Partiyasından QƏRAR - Seçkidə iştirak edəcəyik 7 Dekabr 2019, 14:45 Növbədənkənar parlament seçkiləri ilə bağlı yeni işçi qrupu YARADILDI 7 Dekabr 2019, 14:36
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?