Arxiv
15 Noyabr 2019, 16:17 | AKTUAL
Xalq artisti həbsdə olan qardaşına baş çəkdi - FOTO

Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Aygün Kazımova orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkib.

 

Modern.az xəbər verir ki, bu haqda “Yeni Müsavat”a Kazım Kazımzadənin oğlu Ələsgər Kazımzadə məlumat verib.

 

“Atam 2018-ci ildə müalicə müəssisəsində saxlanır. Onu ötən il müayinə etdilər. Məlum oldu ki, 3-cü dərəcəli xərçəngdir. O vaxtdan müalicə müəssisəsinə köçürüblər, orada saxlayırlar. Atam əməliyyat olunmalıdır. Müalicə müəssisəsində isə belə bir imkan yoxdur. Xəstəliyə qədər atamın 80 kiloqram çəkisi vardı, hazırda 40 kiloqrama qədər arıqlayıb, ağzından qan gəlir, artıq danışa da bilmir. Biz dəfələrlə müraciət etmişik ki, atamı azad etsinlər, onu əməliyyat etdirək. Məktublar yazmışıq. Amma baxan yoxdur. Məcbur qalıb saytlara da, qəzetlərə də müraciət etdik”, – deyə Ə.Kazımzadə bildirdi.

 

Onun sözlərinə görə, bibisi Aygün Kazımova qardaşının ölüm ayağında olmasını mətbuatdan xəbər tutub: “Bizim onunla əlaqəmiz yoxdur. İndi elə vəziyyətdir ki, hər yerə əl atırıq ki, atamı xilas edək. Mən rayondaydım, bu gün Bakıya gəlmişəm. Dedilər ki, bibim ora gedib, əsəbiləşib. Biz istəyirik ki, atamı azad etsinlər, müalicə edək. Orada müalicə üçün imkanlar yoxdur”.

 

Kazım Kazımzadə atasının ölkə rəhbərliyinə müraciətini də redaksiyamıza yollayıb.

 

Həmin müraciəti də təqdim edirik:


“2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişəm. Orada saxlanıldığım müddətdə - 2018-ci ilədək daxili rejim qaydalarını pozmamışam. Müəssisə rəisi tərəfindən barəmdə heç bir tənbeh tədbiri görülməyib. Bel-kürək nahiyəmdə yaranmış ağrılar səbəbi ilə 23/06/2018-ci ildə müalicə müəssisəsinə göndərilmişəm. Müayinələrdən sonra MRT müayinəsinə göndərilmişəm. Müayinənin cavabı 3-cü dərəcəli bəd-xasiyyət xərçəng xəstəliyi olub.

 

Azərbaycan Respublikasının Qanunlarına (yəni 178.3-cü maddəyə) əsasən cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra onkoloji xəstəliyə düçar olmuş məhkum, cəzanın bitməsinin vaxtından əvvəl azadlığa buraxılmalıdır.

 

Yəni Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən komissiyadan keçirilib azadlığa buraxılmalıdır.

 

Mən də bu komissiyalara təqdim edilmişəm. Şəxsən cənab general-mayor Rəfail Mehdiyev tərəfindən 2 dəfə komissiyada iştirak etmişəm. Ancaq heç bir nəticə əldə olmayıb. Səbəb isə belədir - rəis müavini İftixar Qurbanov mənə hələ yeriyə bildiyimi, “hələ ölmürsən, ölənə yaxın səni buraxacağıq” deyib.

 

Sizdən xahiş edirəm ki, mənim səhhətimin ağırlaşmasını və heç bir daxili rejim qaydalarını pozmadığımı nəzərə alaraq azad olunmağıma köməklik göstərəsiniz”.

 

Oğlu bildirib ki, atası Kazım Kazımzadə qeyd olunan müraciəti 01/11/2019-cu ildə yazıb.

 

“Artıq atam nitq qabiliyyətini belə itirməyə başlayıb. Xəstəliyi daha da şiddətlənib. Hazırda heç nə yemir, su belə içmir və danışması ağırlaşıb, pıçıltı ilə danışır”.

 

Məsələ ilə bağlı xalq artisti Aygün Kazımovanı da aradıq. Müğənni sorğumuzu cavabsız buraxdı.

 

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən məhkum Kazım Kazımzadə ilə bağlı sorğumuzu cavablandırmadılar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54 Alimlər koronavirusun yeni yoluxma riskini aşkarladılar 14 İyul 2020, 08:53 BMT baş katibi cəbhədəki gərginliklə bağlı müraciət etdi 14 İyul 2020, 08:27 Türkiyədə sel dörd nəfərin həyatına son qoyub 14 İyul 2020, 00:44 “Ermənistan törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir” - XİN 14 İyul 2020, 00:31 Naftalanda ağır qəza: ölənlər var 14 İyul 2020, 00:19 Heydər Əliyevin hakimiyyətə gəlməsindən 51 il ötür 14 İyul 2020, 00:13 “Ermənistan regionda gərginliyi artırmağa çalışır” - Hikmət Hacıyev 13 İyul 2020, 23:59 “Ermənistanın təcavüzünü pisləyirik” - İranlı sabiq deputat 13 İyul 2020, 23:42 Nazir Avropa İttifaqını cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdı 13 İyul 2020, 23:18 356 COVİD-19 xəstəsinin vəziyyəti ağırdır - FOTO 13 İyul 2020, 22:52 Şəmkirdə yağışın yaratdığı fəsadlar aradan qaldırılır 13 İyul 2020, 22:39 Çindən  ABŞ rəsmilərinə qarşı sanksiya 13 İyul 2020, 22:29 "Ölü" doğulan körpə basdırılarkən ağladı 13 İyul 2020, 22:14 Ukraynadan erməni təxribatına REAKSİYA 13 İyul 2020, 22:02 “Can Azərbaycana canımız fəda” - Mövlud Çavuşoğlu 13 İyul 2020, 21:51 Koronavirus Türkiyədə daha 19 can aldı 13 İyul 2020, 21:36 İranlı deputat koronavirusdan öldü 13 İyul 2020, 21:24 Ermənilərin 20-dən çox hərbçisi və texnikası məhv edildi - VİDEO 13 İyul 2020, 21:11 Cəlilabadda baş həkimin evi yandı 13 İyul 2020, 21:00 Quba-Xınalıq yolu BAĞLANDI 13 İyul 2020, 20:50 Elmar Məmmədyarov türkiyəli həmkarı ilə telefonla DANIŞDI 13 İyul 2020, 20:34 Gürcüstanın XİN başçısı azərbaycanlı həmkarına zəng etdi 13 İyul 2020, 20:29 Ermənilərin atdığı top mərmisi bu evə düşdü - VİDEO 13 İyul 2020, 20:18 Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 13 İyul 2020, 20:09 Leysan yağışlar bu rayonlarda sel yaratdı -FAKTİKİ HAVA 13 İyul 2020, 20:00 Həmsədrlər cəbhədəki gərginliklə bağlı BƏYANAT yaydılar 13 İyul 2020, 19:50 Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi 13 İyul 2020, 19:44 Spiker: “Azərbaycan əsgəri düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir” 13 İyul 2020, 19:25 Gürcüstan prezidenti sərhəddəki gərginliklə bağlı bəyanat yaydı 13 İyul 2020, 19:17