Arxiv
15 Noyabr 2019, 18:32 | AKTUAL
Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO

Bu gün Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə növbəti görüş keçirilib. 

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, görüş Vergi Məcəlləsinə nəzərdə tutulan yeni dəyişikliklərə həsr olunmuş görüş iqtisadçı ekspertlərin məlumatlandırılması, habelə onların dəyişikliklər barədə təkliflərinin dinlənilməsi məqsədi daşıyıb.

 

Görüşün əvvəlində Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər barədə məlumat verən Vergilər nazirinin müavini İlkin Vəliyev həmin dəyişikliklərin vergi ödəyicilərinin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və “kölgə iqtisadiyyatı”nın azaldılması kimi mühüm istiqamətləri əhatə etdiyini xatırladıb. Ümumilikdə vergi inzibatçılığının gücləndirilməsi ilə bağlı tədbirlərə toxunan nazir müavini bildirib ki, Vergi Məcəlləsinə yeni təklif olunan dəyişikliklər mahiyyət etibarilə vergi sistemində aparılan islahatların davamıdır.

 

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov isə “2019-cu ilin yanvar-oktyabr ayları üzrə vergi sisteminin göstəriciləri” mövzusunda təqdimatla çıxış edib. İnteraktiv formada keçirilən təqdimat sektorlar üzrə vergi daxilolmalarının icra vəziyyəti və strukturu (əvvəlki il ilə müqayisədə), məcburi sosial sığorta haqları üzrə daxilolmaların icra vəziyyəti, əməkhaqqı fondunun dinamikası və s. istiqamətləri əhatə edib. Vergi sistemində aparılan islahatları xarakterizə edən əsas göstəricilər diqqətə çatdırılaraq, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində vergi ödəyicilərinin və aktiv obyektlərin sayının artdığı bildirilib.

 

Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklər və onların mahiyyəti, məqsəd və hədəfləri barədə məlumat verib.

 

Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspertlər islahatların istiqamətləri, Vergi Məcəlləsinə dəyişikliklərin uçotun stimullaşdırılmasına təsiri, “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində görülməsi vacib olan digər tədbirlər, əmək münasibətlərinin leqallaşdırılmasının əhəmiyyəti və s. məsələlərə toxunublar.

 

Görüşdə ekspertlərin yeni dəyişikliklərlə bağlı qaldırdıqları məsələlər dinlənilib, onların sualları cavablandırılıb, irəli sürdükləri təkliflər qeydə alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:23 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20