Arxiv
16 Noyabr 2019, 12:33 | PARLAMENT
Deputatlar dini liderlərin Bakı sammitindən DANIŞDILAR: “Gördülər ki, ölkəmizdə fərqli dinə qarşı nifrət yoxdur”

14-15 noyabr tarixlərində Bakıda dünya dini liderlərinin II Sammiti keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak ediblər.

 

Sammitin Azərbaycan üçün əhəmiyyəti haqqında Modern.az-a danışan Milli Məclis üzvləri bu cür tədbirlərin ölkəmizinin nüfuzunun artmasında rolunu qeyd ediblər.


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov düşünür ki, dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan etimadın daha bir göstəricisidir:

 

“Prezident İlham Əliyevin tədbirdə iştirakı dövlət-din münasibətlərində dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi idi. Azərbaycanda qeydiyyatdan keçmiş bütün dini icmalara eyni münasibət var. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və burada hər bir insanın hüquqları Konstitusiya ilə müdafiə olunur.

Bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi birinci hal deyil. Azərbaycan həmişə belə tədbirlərə ev sahibliyi edir və ayrı-ayrı dövlətlərdən gələn din xadimləri də məmnuniyyətlə belə tədbirlərdə iştirak edirlər. Birincisi, təşkilatçılıq səviyyəsi çox yüksəkdir. İkincisi, dinlər arasında münasibətlər tam şəkildə dünyaya örnək olunacaq bir vəziyyətdədir.

O cümlədən, Azərbaycanda dini azadlıqlar da yüksək səviyyədə təmin olunur. Bu baxımdan da Azərbaycan nə vaxt belə tədbirə ev sahibliyi etmək istəyirsə, dərhal razılıq alır. Mən bu sahə üzrə başqa ölkələrdə beynəlxalq konfranslarda iştirak etmişəm və həmişə Azərbaycan nümunə göstərilib”.

 

Deputat vurğulayıb ki, Prezident tərəfindən bütün dini konfessiyalara eyni qaydada vəsait ayrılır:

“Məscidlərə, senaqoqlara, kilsələrə eyni münasibət göstərilir. Sammitdə ayrı-ayrı bölmələrdə aparılan müzakirələrdə Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında danışıldı. Eyni zamanda, cənab Prezident İlham Əliyev Sammitdə çıxışı zaman qeyd etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində bütün mədəni və dini abidələri, ziyarətgahları dağıdılıb.

Həmçinin, Azərbaycanın muzeyləri və müxtəlif mədəni sərvətləri erməni barbarları tərəfindən dağıdılıb. Bütün bunlar bir daha onu göstərir ki, ermənilər Azərbaycana qarşı təkcə işğalçılıq, etnik təmizləmə deyil, eyni zamanda dini ayrı-seçkilik siyasəti də aparırlar. Bu baxımdan, belə tədbirlərin əhəmiyyəti böyükdür. Dünyanın gözü Azərbaycandadır. Dünyada ara qarışdırmağın yollarından biri də dini konfessiyalar arasında gərginlik yaratmaqdır. Lakin Azərbaycan həmin ölkələrdən fərqli olaraq dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir”.

 

Deputat Fazil Mustafa isə qeyd edib ki, başqa ölkələrdə nüfuz sahibi olan dini liderlərin ölkəmiz haqqında obyektiv informasiyalar əldə etməsi, təmas qurması baxımından bu sammitin əhəmiyyəti böyükdür:

 

“Onlar ölkəmizlə, buradakı dini birliklərlə daha yaxından münasibət qururlar, şəxsi əlaqələri güclənir. Müəyyən dərəcədə onların vasitəsilə özümüzün problemlərimizi çatdırmaq imkanları əldə edirik. Daha dərindən düşünsək, Azərbaycanı tolerant ölkə kimi daha yaxından tanıyırlar. Onlar bir daha aydın görürlər ki, ölkəmizdə fərqli dinə, digər nümayəndələrə qarşı nifrət yoxdur, əksinə xoşgörü var. Bu isə Azərbaycan haqqında təsəvvürləri xeyli dəyişir. Ona görə, əhəmiyyətli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi müsbət tendensiyadır”.

 

Deputat Sevinc Fətəliyeva da düşünür ki, Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir:

 

“Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ölkəmizdə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin gücləndirilməsi baxımından çox böyük önəm kəsb edir. Bu mənada Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir”.

 

S.Fətəliyeva bildirib ki, bu gün  dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif dinlərin daşıyıcıları olan xalqlar  arasında dialoqun qurulması üçün çox önəmlidir. Bakıda keçirilən Dünya dini liderlərinin II Sammiti də bu baxımdan əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hazırda dünyanın bir sıra nöqtələrində münaqişələr, dini dözümsüzlük, radikalizm mövcuddur. Sammitin əsas məqsədi də beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etməkdir:

 

“Azərbaycan bütün mənalarda Şərq və Qərb arasında körpüdür və dinlər, sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu sammit dünya ictimaiyyətinin diqqətinə dinlərarası, mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, Dünya dini liderlərinin II Sammiti ayrı-ayrı dinlərin daşıyıcıları olan xalqlar arasında dialoqa mühüm töhfədir”.

 

Deputat onu da əlavə edib ki, Azərbaycan dünyada tolerantlıq məkanı kimi tanınır:

“Eyni zamanda, multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib. Əsrlərdir ki, müxtəlif mədəniyyətlərin nümayəndələri burada sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bütün bunlar sammitdə yüksək qiymətləndirildi. Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsində də Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb”.

 

Qeyd edək ki, ikigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılıb.

 

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Son 30 ildə azərbaycanlılarla ermənilərin say nisbəti necə dəyişib? - STATİSTİKA 14 İyul 2020, 11:35 Baş redaktor “Marja”nın fəaliyyətini DAYANDIRDI 14 İyul 2020, 11:31 Tovuzdan atəş səsləri altında reportaj... - VİDEO 14 İyul 2020, 11:25 Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI  14 İyul 2020, 11:20 Eyvandan yıxılan 2 yaşlı uşaq öldü 14 İyul 2020, 11:15 Prezidentin köməkçisi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ 14 İyul 2020, 11:12 UNEC-də konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya”   14 İyul 2020, 11:09 Karantin postlarından 385 maşın geri qaytarıldı   14 İyul 2020, 11:04 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 14 İyul 2020, 11:01 Ermənistan niyə məhz indi hərbi təxribata əl atır? - Azay Quliyevdən açıqlama 14 İyul 2020, 10:59 Cəbhə bölgəsinin deputatı Tovuzdan son XƏBƏRLƏR VERDİ: “Belə atışmada...” 14 İyul 2020, 10:51 İcazəsiz rayona gedənlərdən heroin tapıldı - FOTO 14 İyul 2020, 10:48 Deputat: “Sərhəddəki təxribat Paşinyanın hakimiyyətini xilas etməyəcək”   14 İyul 2020, 10:43 İlin sonuna 102 məktəb binası tikiləcək 14 İyul 2020, 10:40 DİM karantindən sonrakı buraxılış-qəbul imtahanları ilə bağlı məlumat YAYDI 14 İyul 2020, 10:35 Ermənilər Tovuzun daha bir kəndini top atəşinə tutdu 14 İyul 2020, 10:30 Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi 14 İyul 2020, 10:24 Azərbaycan nefti bahalaşmaqda davam edir 14 İyul 2020, 10:18 “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı AÇIQLAMA 14 İyul 2020, 10:12 Hacıqabulda xüsusi karantin rejimi ilə bağlı növbəti reyd keçirilib - FOTO 14 İyul 2020, 10:06 Quba - Xınalıq yolunda hərəkət bərpa olundu 14 İyul 2020, 10:00 Naftalanda ağır qəza: Ölənlər və yaralananlar var   14 İyul 2020, 09:54 Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun oğlu hakim qarşısında 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54 Alimlər koronavirusun yeni yoluxma riskini aşkarladılar 14 İyul 2020, 08:53 BMT baş katibi cəbhədəki gərginliklə bağlı müraciət etdi 14 İyul 2020, 08:27