Modern.az

“Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident

“Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident

Dünya

17 Noyabr 2019, 16:18

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, prezident kreslosundan "göyərmiş barmaqlarla" yapışmır, amma hələ ki imtina edilməyincə, belaruslulara özünün bu posta namizədliyini təklif etmək niyyətindədir.

Modern.az "Report"a istinadən xəbər verir ki, Lukaşenko "mən bu kreslodan (prezident-red) göyərmiş barmaqlarla yapışmayacam", - deyə  2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirakın perspektivləri haqqında suala cavab verərək bildirib.

Bu halda o izah edib ki, ölkə seçicilərinə bu posta özünün namizədliyini təklif etməyi düzgün hesab edir və bu təklifi yalnız onlar rədd edə bilərlər. "Əgər siz məndən xahiş etməsəniz, heç vaxt namizədliyimi irəli sürməyəcəm. Mən öz namizədliyimi təklif edəcəyəm", - Lukaşenko jurnalistlərə deyib.

Lukaşenko həmçinin bildirib ki, 2020-ci ilin prezident seçkiləri ehtimal ki, yayda keçiriləcək. "Avqustun sonu - son müddətdir. Məncə, seçkilər yayda keçiriləcək", - prezident deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir