Arxiv
19 Noyabr 2019, 15:20 | ƏDƏBİYYAT
Bir daha AŞBAZ sözünün yazılışı haqda

Xeybər Göyyallı

Zənnim məni aldatmayıb. Nə vaxtsa  adını unutduğum dilçi alimin aşbaz (aşpaz ) sözünün   fars  sözü olması və aşpaz kimi yazılması barədə söylədiyi fikir bu gün  yenidən təkrarlandı. Professor Ramazan Siracoğlu yazılı və digər fars dili mütəxəssisləri isə şifahi olaraq aşbaz sözünün fars sözü olduğunu bir daha səsləndirdilər.
Ramazan Siracoğlu “Azpolitika.info” portalında  dərc olunmuş aşbaz sözünün yazılışı barədə “Bu sözü niyə belə yazırıq?” məqaləsinə yazdığı şərhdə birmənalı olaraq söyləyir ki, bu söz  dilimizə fars dilindən keçmişdir. R.Siracoğlu onu da qeyd edib ki, aşpa(ə)z aş bişirən, aşbaz aş sevən deməkdir. Olsun. Mən fars dilində aşpa(ə)z sözünün olmasına şübhə etmirəm.  Ancaq bu əsas vermir ki,  aşpaz yazaq.  R.Siracoğlunun bir fars dili mütəxəssisi kimi əsaslandırdığı aşbaz (aş sevən) sözü  Azərbaycan dilinin orfoqrafiya və izahlı lüğətlərinə aşbaz yox, aşpaz formasında daxil edilib.

 
İndi  bir daha qayıdaq aşbaz sözünün kök- morfeminə.Bir daha qeyd edirik ki, “baz” fars mənşəli şəkilçiləşmiş sözdür. Bu mübahisə obyekti deyildir. Dava aş davasıdır. Niyə halal yeməyimizi fars mənşəli edək? Çox doğru olaraq, “Azərbaycan dilinin  izahlı lüğəti”ndə  doğma sözümüz kimi qeyd olunub. Buna şübhə edən varsa,  lap  irəli gedək. XI əsrdə yaşamış, türk xalqlarının ensiklopediyasını yaratmış Mahmud Kaşğarinin “Divani- lüğəti-it-türk” əsərinə müraciət edək. Türkologiyanın möhtəşəm əsəri sayılan “Divani- lüğəti-it-türk” əsərinin bir səhifəsində aş sözünün üç kök-morfemi qeyd edilib. Aşa- yemək, aş yemək; aşaç- qazan, tava; aşat- yemək yedirtmək.(Mahmud Kaşğari, “Divani- lüğəti-it-türk”, Bakı, “Ozan”, 2006).

Fars dilindən dilimizə keçmiş “baz” şəkilçiləşmiş sözü   doğma sözlərimizlə yanaşı, ərəb dilindən alınmış sözlərə də artırılıb. Məs. sehrbaz, hiyləbaz,  hoqqabaz, ibarəbaz və s.

Doğma sözlərimiz olan kələkbaz, kəndirbaz, işbaz sözlərində “baz” şəkilçisinin yaratdığı istiqamət, meyil  alınma sözlər olan sehrbaz, hiyləbaz,  hoqqabaz, ibarəbaz  sözləri ilə eynidir, əvvəlki yazımızda söylədiyimiz kimi, hər hansı bir sahəyə, peşəyə aludəlik  mənasını ifadə edir. Bir qədər də  fərqli desək, sənət , peşə bildirən sözlər yaradır. Nesə ki, aşbaz  əvəzinə bəzən  aşçı da deyilir.  Yazılışı mübahisədoğuran aşbaz  sözü də  sənət və peşə mənasını bildirir. Belə olduğu halda asan işimizi niyə bilə-bilə çətinə salaq, sözü niyə  asan deyildiyi kimi asan da  yazmayaq?!


Dilimizdə onlarla söz vardır ki, “baz” şəkilçisi qoşulmaqla yazılır. Aşpaz sözündən başqa ikinci bir söz yoxdur ki, “paz” şəkilçi ilə yazılsın. Bu istisnalıq deyil. Dilçilik elmi ( bu məqamda dil də demək olar) dəqiqlik, dürüstlük sevir. Bu baxımdan dilçilik elmini  müəyyən mənada dəqiq elm də adlandırmaq səhv olmazdı. Dilçilik fakt və arqumentlərə əsaslanır. Bu səbəbdən dilçilik elmində, əslində, istisnalar olmalı deyildir. Burada “ya var, ya da yoxdur”  prinsipi  əsasdır. Arqument, dəlil, sübut tapılmayanda  istisnalara sığınmaq acizlik əlamətidir. Dilçilikdə (dildə) pozulmayan qayda-qanun mövcuddur, bir söz üçün ayrıca, xüsusi qayda ola bilməz. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?