Arxiv
19 Noyabr 2019, 16:17 | AKTUAL
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə noyabrın 19-da Bakının Qaradağ rayonundakı “Qobu park-2” yaşayış kompleksində məcburi köçkünlər üçün növbəti əmək yarmarkası keçirilib.

 

Modern.az xəbər verir ki, məcburi köçkünlərin məşğulluğunun artırılması bu kateqoriyadan olan vətəndaşlarla iş sahəsində aparılan dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramına uyğun olaraq, onların məşğulluq imkanlarının genişləndirilməsi, bu məqsədlə iş yerlərinin yaradılması üzrə tədbirlərin icrası davam etdirilir.  Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxlayır, onların yaşayış şəraitinin yaxşlaşdırılmasına, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsinə  qayğı göstərir.

 

“Qobu park-2” yaşayış kompleksinin açılışı bu il oktyabrın 8-də olub. Hazırda birinci və ikinci kompleksdə ümumilikdə 11 mindən çox məcburi köçkün yaşayır. Burada əmək qabiliyyətli sakinlər arasındakı işsizlər və işaxtaranlar üçün aktiv məşğulluq tədbirinin - əmək yarmarkasının keçirilməsinin mühüm əhəmiyyəti vardır. Belə tədbirlər işsiz və işaxtaran məcburi köçkünlərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

 

"Qobu park”da ilk əmək yarmarkası ötən ilin oktyabrında təşkil olunub. Bu gün keçirilən ikinci əmək yarmarkasında məcburi köçkünlərə 54 müəssisədən 644 vakant iş yeri təqdim edilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri onlara iş yerləri haqqında ətraflı məlumat veriblər. Yarmarkada işsiz və işaxtaran məcburi köçkünlərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.

 

Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.

 

Xatırladaq ki, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı son il yarım ərzində dörd dəfə əmək yarmarkası keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada Şuşadan danışacaqlar – Diaspor tarixində bir ilk 29 İyul 2021, 09:28 Bu ixtisas qrupları üzrə 3 nəfər yüksək bal toplayıb - 18 nəfər imtahandan qovulub 29 İyul 2021, 09:12 Facebook-un gündəlik auditoriyası 2,9 milyard nəfərə çatıb 29 İyul 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 29 İyul 2021, 09:00 Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - FOTO 29 İyul 2021, 08:50 Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı onlar topladı - FOTO 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 28 İyul 2021, 22:51 Ukraynada təyyarə evin üstünə düşdü - FOTO 28 İyul 2021, 22:38 Türkiyədə yoluxma sayı kəskin artdı 28 İyul 2021, 22:24 Bakı küləyi "Olimpiakos"un oyunçusuna çətin anlar yaşatdı - VİDEO 28 İyul 2021, 22:10 Goranboyda maşın aşdı - xəsarət alanlar var 28 İyul 2021, 21:57 Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə etdi 28 İyul 2021, 21:43 Diaspor nümayəndələrinin Şuşa səfəri nəyi dəyişəcək   28 İyul 2021, 21:32 Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı 28 İyul 2021, 21:32