Modern.az

Çoxuşaqlı müğənnilər - Xuraman, Elnarə, Gülyanaq və digərləri...  

Çoxuşaqlı müğənnilər - Xuraman, Elnarə, Gülyanaq və digərləri...  

Mədəni̇yyət

21 Noyabr 2019, 09:21

Həm məşhurluq, həm də çoxuşaqlı ana olmaq heç də asan deyil. Elələri oldu ki, uşaq dünyaya gətirdikdən sonra sənətindən uzaqlaşdı. Sənəti və səsiylə məşhurluq qazanan bəzi müğənnilər çoxuşaqlı olmalarına görə də tez-tez gündəmə gəlirlər.

 

Modern.az çoxuşaqlı müğənni anaların siyahısını hazırlayıb. Əslində “çoxuşaqlı” sözü burda nisbi mənada işlənir. Söhbət 1 və 2 uşaqğlı müğənnilərlə müqayisədə bir qədər çox – 3-4 uşaq sahibi olanlardan gedir.

 

Xına mərasimlərinin təşkili ilə məşğul olan müğənni Xuraman Şuşalı bir neçə gün öncə növbəti dəfə ana oldu. Bununla da o, hazırda dörd uşaq anasıdır. Elçin adlı şəxslə ailə həyatı quran Xuraman Şuşalının iki oğlu və iki qızı var.

 

Müğənni Elnarə Xəlilovada dörd uşaq anasıdır. Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Rövşən Cahangirovla ailəli olan Elnarə Xəlilovanın üç oğlu və bir qızı var.

 

Daha çox bacısı Gülyaz xanımla bir səhnəni paylaşan Gülyanaq Məmmədova da dörd övlad sahibidir. Ziya adlı şəxslə ailə həyatı quran müğənninin üç oğul və bir qız övladı var.

 

Həyat yoldaşının qadağası ilə bir müddət sənətdən ayrılan, lakin sənətə olan sevgisi ilə qadağalara güc gələrək səhnə həyatına qayıdan Mələkxanım Əyyubova da çoxuşaqlı müğənnilərdəndir. Müğənninin Hökümə, Cəfər, Nəzrin, Nicat adlı dörd övladı var.

 

Alim Qasımovun qızı muğam ifaçısı Fərqanə Qasımovanın da dörd övladı var. Müğənninin Saleh adlı oğlu, Həmidə və Mövlanə adlı üçəm övladlarından əvvəl doğulan bir qızı da var.

 

2010-cu ildə “Eurovision”  yarışmasında ölkəmizi təmsil edən Safurə Əlizadə ailə həyatı qurduqdan sonra sənətindən uzaqlaşdı. Sabiq energetika naziri, mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan müğənninin üç övladı var.

 

Müğənni Roza Zərgərlinin bioloji olaraq Bənövşə adlı bir qızı var. Lakin müğənni üç uşağı övladlığa götürüb. Onlardan biri qız digərləri oğlandır. Oğlanların adı Corc və Jerardır.

 

Şəbnəm Tovuzlu hazırki evliliyindən əvvəl bir dəfə nikahlı olub. Onun birinci evliliyindən Günel adlı qızı var. Müğənninin hər kəsin “Həci” ləqəbiylə tanıdığı ərindən isə Əli adlı bir oğlu var. Lakin Şəbnəm Tovuzlu dekabr ayında yenidən ana olmağa hazırlaşır.

 

Nura Suri də həmçinin çoxuşaqlı müğənnilərdəndir. Onun üç oğul övladı var.

 

2009-cu ildə “Eurovision” yarışmasında müğənni Araşla birlikdə ölkəmizi təmsil etmiş Aysel Teymurzadənin üç övladı var. Aysel Teymurzadə də evləndikdən sonra sənətindən uzaqlaşanlar sırasındadır. O, Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlovla evlidir.

 

Müğənni Fidan Hacıyeva da çoxuşaqlılar sırasındadır. Müğənni iki oğul, bir qız anasıdır. Fidan Hacıyeva İngiltərə vətəndaşı ilə ailəlidir.

 

Rejissor Kənan MM ilə ailəli olan müğənni Aygün Mahmudova da məşhurluq qazandığı illərdə üç uşaq dünyaya gətirib. Aygün Mahmudova ana olduqdan sonra sənətdən uzaqlaşıb, daha sonra yenidən efirlərə və sənətə dönüb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi