Modern.az

Goranboyda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib  

Goranboyda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib  

Aktual

22 Noyabr 2019, 14:35

 

Goranboy rayonu Heydər Əliyev Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirildi.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və Ədliyyə işçiləri iştirak ediblər.

 

Tədbir iştirakçıları ilk olaraq Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri qoyaraq, Dahi Şəxsiyyətə ehtiramlarını nümayiş etdiriblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə çıxış edən icra başçısı Azərbaycan Ədliyyə sisteminin yaradılması tarixindən, Ümummillim Lider tərəfindən bu sahədə aparılan əsaslı islahatlardan və cənab Prezident İlham Əliyevin Ədliyyə strukturunun müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu addımlarından söhbət açıb. Ədliyyə işçilərinin peşə bayramlarını təbrik edən Məhərrəm Quliyev peşə fəaliyyətlərində fərqlənən şəxsləri RİH başçısının fəxri fərmanları ilə təltif edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır