Modern.az

Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb

Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb

22 Noyabr 2019, 21:34

Rusiya telekanalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfəri barədə reportajlar yayımlayıb.

Modern.az xəbər verir ki, Rusiyanın Birinci kanalında yayımlanan süjetdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər proqramının zəngin olduğu vurğulanıb.

Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidentinin salamlarını və ən xoş arzularını Rusiya Hökumətinin Sədri Dmitri Medvedevə çatdırıb.

Vurğulanıb ki, Birinci vitse-prezident X Rusiya-Azərbaycan Regionlararası Forumunda və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak edəcək. Pavilyon kompleksin 80 illiyi münasibətilə yenidən bərpa edilib.

“Rossiya-24” telekanalında yayımlanan reportajda bildirilib ki, Dmitri Medvedevin Mehriban Əliyeva ilə görüşündə iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

“Rossiya-1” kanalında yayımlanan reportajda da görüş barədə geniş məlumat verilib.

Həmçinin, Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi səfər çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə də tanış olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq 17 ildir Azərbaycanda Gimnastika Federasiyasının prezidentidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir