Arxiv
29 Noyabr 2019, 08:09 | ƏDƏBİYYAT
Ədəbi tənqidin İRADƏSİ

Ağıllı, şən və intellektual insandır. Rəngarəng xüsusiyyətləri çoxdur. Dostluğa əhəmiyyət verir və dostları üçün fədakarlıq göstərməkdən çəkinmir. Necə deyərlər, yerində saymağı xoşlamır, daim axtarışdadır. Dürüstlük, cəsarət alın yazısıdır. Sözün düzünü söyləmək, hadisələri obyektiv təhlil etmək bacarığı ona fitrətdən gəlir...

Deyir ki, “Ədəbiyyat ədəbi məmurların inhisarındadır və o ədəbi məmurlar bizim bildiyimiz mənadakı ədəbiyyatın deyil, özlərinin “şünaslarını” yetişdiriblər. Saxta ədəbi bütlər və onların kölgəsində baş girləyən adamlar, sizcə, dünya miqyasına çıxa və ya “Nobel” mükafatı ala bilərlər?”...

Nə qədər haqlı olduğu göz qabağındadır. Müasir Azərbaycan yazarlarından kiminsə bu mükafata layiq görüldüyünün hələ ki, şahidi olmamışıq. Bu hadisənin yaxın gələcəkdə baş verəcəyinə isə inanmaq çətindir...

...Payızın son günlərindən birində Ağdamda dünyaya gəlib. Bakı Dövlət Universitetini bitirib. Müxtəlif yerlərdə, müxtəlif vəzifələrdə çalışıb. Hazırda Içərişəhərdəki Elmi-Mədəni Mərkəzdə Elm şöbəsinin müdiri vəzifəsində işləyir. Eyni zamanda, Azərbaycan Tibb Universitetində Dillər kafedrasının dosenti, fəlsəfə doktorudur. Bütün bunlarla yanaşı, o, həm də ədəbi mühitdə tənqidçi və ədəbiyyatşünas kimi tanınır...

Çağdaş Azərbaycan ədəbiyyatında özünü tənqidçi kimi təqdim edən alimlər az deyil. Fəqət onların böyük əksəriyyəti tənqidçidən daha çox, necə deyərlər, “qarışqadan fil düzəldən"lərə bənzəyirlər. Bəlkə də ona görədir ki, son vaxtlar balaca bir ölkədə böyük yazarlar ordusu yaranıb...

“Dövlətin elm və ədəbiyyat sahəsinə ayırdığı pullar çox zaman cinayətkarcasına xərclənir və bunu görüb faktları ortaya çıxaran adamlara əhəmiyyət verilmir. Cəzasızlıq və laqeydlik o həddə çatıb ki, nahaqq əməllər sahibi mükafat və titullar qazanır, haqqı deyən adam isə təklənir və əleyhinə yazılar yazdırılır. Konkret misal deyim, keçən il A.Soljenitsınla bağlı və digər xarici müəlliflərin tərcüməsi, tərcüməçiləri barədə böyük yazılar yazdım. Konkret misallarla 800-900 səhifəlik, çoxtirajlı kitablar biabırcasına tərcümə olunub çap edilir, yayımlanır. Bu, ədəbiyyat, yoxsa anti-ədəbiyyat fəaliyyəti hesab edilir? Və bu cür davranış, saymazlıq, qorxusuzluq adi hal alıb. Dəfələrlə çap olunub ləğv edilən, ortadan yığışdırılan lüğətlər və yüzlərlə belə misallar var ki, hamısı səbəbdir”- deyə haray çəkir, aidiyyatı insanları bu problemin həllinə səsləyir...

Onu Facebook internet platformasından tanıyıram. Maraqlı mülahizələri, tənqidi fikirləri çox vaxt müzakirə mövzusuna çevrilir. Elmi araşdırmaları isə göz önündədir. Onun həcmi 700 səhifədən çox olan "XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz" adlı kitabı isə nəhəng tənqid-ədəbiyyatşünaslıq toplusudur. Kim bilir, hələ bundan sonra onun işıq üzü görəcək neçə-neçə əsərinin şahidi olacağıq...

Bəli, söylədiyim bu fikirlər tənqidçi, ədəbiyyatşünas, alim İradə xanım Musayeva haqqında idi. Yaxın günlərdə ad gününü qeyd edəcək bu xanıma möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.


Elman Eldaroğlu,
[email protected]

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik etdi 27 Yanvar 2020, 10:51 “Torpaqlarımızı qaytarmaq istəyiriksə...” 27 Yanvar 2020, 10:45 Bu namizədlərin adının üstünə xətt çəkiləcək - MSK 27 Yanvar 2020, 10:38 Neft 60 dollardan ucuz satılır – koronavirusa görə 27 Yanvar 2020, 10:31 Los Ancelesdə Ermənistanı  ifşa edən film nümayiş etdirilib 27 Yanvar 2020, 10:27 Seçki bülletenlərinin çapına başlanıldı 27 Yanvar 2020, 10:21 Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə görüşüb - FOTO - VİDEO 27 Yanvar 2020, 10:15 Lalə Abbasova Xaçmaz camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 10:10 Koronavirusdan ölənlərin sayı 80-ə, yoxulanların sayı 3 minə çatdı 27 Yanvar 2020, 10:05 Novruz Aslanov daha 2 kənddə oldu - FOTOLAR 27 Yanvar 2020, 09:59 Çinə səfəri planlaşdırılan iş adamlarına ÇAĞIRIŞ: “Risk etməyə dəyməz!” 27 Yanvar 2020, 09:52 İcra başçısına yeni 1-ci müavin təyin olundu 27 Yanvar 2020, 09:45 Avtomobillər geri çağırılır - Azərbaycanda isə dillerlər bu informasiyanı gizlədirlər 27 Yanvar 2020, 09:39 Vilayət Eyvazov yol polisinin rəisini işdən çıxardı 27 Yanvar 2020, 09:34 Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Yeddinci söz 27 Yanvar 2020, 09:27 Ermənilər 8 rayonumuzu atəşə tutdu 27 Yanvar 2020, 09:21 Mahmud Abbas Trampın danışıq istəyini rədd edib 27 Yanvar 2020, 09:15 Bakıda daha bir məmur saxlanıldı - külli miqdarda vəsaiti mənimsəyib 27 Yanvar 2020, 09:09 Bu gün AŞPA-nın qış sessiyası başlayır 27 Yanvar 2020, 09:02 Məktəblərdə qış tətili başladı 27 Yanvar 2020, 08:56 Azərbaycanda zəlzələ olub 27 Yanvar 2020, 08:50 "Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə 27 Yanvar 2020, 01:04 Əfsanəvi basketbolçu helikopter qəzasında ölüb 27 Yanvar 2020, 00:23 "İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü ölüb" - DYP  26 Yanvar 2020, 23:49 Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 23:28 Yüksək narkotik qəbul edən şəxs hamamda öldü 26 Yanvar 2020, 23:12 Gəncədə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib 26 Yanvar 2020, 22:44 ABŞ səfirliyinə raket atıldı 26 Yanvar 2020, 22:29 Zaur Məmmədov Cəbrayıl qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR 26 Yanvar 2020, 22:11 Bir sutkada Suriyaya 981 qaçqın qayıdıb 26 Yanvar 2020, 21:56 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 21:46 Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR 26 Yanvar 2020, 21:41 Tovuzda qardaş qardaşı bıçaqlayıb 26 Yanvar 2020, 21:22 Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək 26 Yanvar 2020, 21:06 Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO 26 Yanvar 2020, 20:53
SORĞU Yeni parlamentdə kimlər olsun?