Arxiv
2 Dekabr 2019, 21:31 | AKTUAL
TANAP çiçəklənmə və sülhə yönəlmiş nəhəng layihədir

"Trans-Anadolu qaz kəməri (TANAP) təkcə qardaş Azərbaycanla Türkiyənin deyil, həm bütün regionun çiçəklənməsinə və sülhə yönələn nəhəng layihədir".

Modern.az xəbər verir ki, bunu "Trend"ə Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, TANAP Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin bariz nümunəsidir:

“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir, TANAP və digər layihələrin reallaşdırılması ilə biz bunu bir daha təsdiq etdik. Türkiyə və Azərbaycan hər zaman qardaş ölkə olacaq”.

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paytaxtda dəhşətli CİNAYƏT: Ana və qızı evində öldürüldü 14 Dekabr 2019, 10:13 “Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər” 14 Dekabr 2019, 09:56 Sərhəddə erməni təxribatı: Qazaxın 4 kəndi atəşə tutuldu 14 Dekabr 2019, 09:28 Hazırkı bələdiyyə sədrləri hansı partiyanın üzvləridir? 14 Dekabr 2019, 09:19 İslamı qəbul edən dünya ULDUZLARI 14 Dekabr 2019, 09:00 Saakaşvilinin iqamətgahını auksionda satdılar 14 Dekabr 2019, 00:54 Bu il 75 KİV əməkdaşı öldürülüb 14 Dekabr 2019, 00:39 Trampın impiçmentinin 2 maddəsi təsdiqləndi 14 Dekabr 2019, 00:20 Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında - FOTO 14 Dekabr 2019, 00:03 Reyhan Camalovadan daha bir uğur 13 Dekabr 2019, 23:44 Bakıda Finlandiyanın milli bayramı qeyd olundu 13 Dekabr 2019, 23:24 Azərbaycan nefti bahalaşdı 13 Dekabr 2019, 23:08 İsa Qəmbərin oğlu deputatlığa namizədliyi irəli sürdü - FOTO 13 Dekabr 2019, 22:53 TBMM-dən ABŞ Senatının “erməni soyqırımı” qərarına etiraz 13 Dekabr 2019, 22:36 İlyas İsmayılov bağışlamadı: “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” 13 Dekabr 2019, 22:17 Rusiyada İŞİD üzvləri yaxalandı 13 Dekabr 2019, 22:01 Dilarə Seyidzadə region gəncləri ilə görüşdü - FOTO 13 Dekabr 2019, 21:47 Baş nazir ölkəsini Breksitə hazır olmağa çağırıb 13 Dekabr 2019, 21:33 Prezident İlham Əliyev Boris Consonu təbrik edib 13 Dekabr 2019, 21:18 Türkiyə millisi Azərbaycanla oynayacaq 13 Dekabr 2019, 21:02 170 mindən çox ev işıqsız qaldı - SƏBƏB 13 Dekabr 2019, 20:46 Milliyə yeni baş məşqçi gətirilir - İDDİA 13 Dekabr 2019, 20:32  Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var 13 Dekabr 2019, 20:18 Azərbaycanlı gənc xanım Harvardda təhsil alacaq - FOTO 13 Dekabr 2019, 20:03 Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub 13 Dekabr 2019, 20:01 Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub 13 Dekabr 2019, 19:52 Rüstəm Orucov Çində bürünc medal qazandı 13 Dekabr 2019, 19:43 Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı 13 Dekabr 2019, 19:34 Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub 13 Dekabr 2019, 19:25 Sədr müavini diplomatlara mühazirə deyib - FOTOLAR 13 Dekabr 2019, 19:16 Rektor qanvermə aksiyasında iştirak etdi - FOTO 13 Dekabr 2019, 19:11 “Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir” - XİN-dən AÇIQLAMA 13 Dekabr 2019, 19:02 Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO 13 Dekabr 2019, 18:56 İcra başçısı yeni binanın tikintisi ilə tanış olub - FOTO 13 Dekabr 2019, 18:47 Nazirlik məktəbdə baş verən yanğınla bağlı məlumat yaydı - FOTO   13 Dekabr 2019, 18:40