Modern.az

Rus icmasının sədri Rusiyadakı Azərbaycan diasporu barədə: “Fərqli variantlar və gözləntilər var”

Rus icmasının sədri Rusiyadakı Azərbaycan diasporu barədə: “Fərqli variantlar və gözləntilər var”

3 Dekabr 2019, 08:53

“Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini yaxından izləyirəm və bütün proseslərdən xəbərim var. Əvvəllər Ümumrusiya Azərbaycan Konqresi vardı. Onun ləğvindən sonra yeni qurumların yaradılması istiqamətində iş aparılır. Məndə olan məlumata görə, yeni qurumla bağlı məsələnin həlli üçün sənədlər hələ toplanıb təhvil verilməyib”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, Azərbaycandakı Rus icmasının rəhbəri Mixael Zabelin  Rusiyadakı Azərbaycan diasporundan danışarkən deyib.


M.Zabelin Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin Rusiyaya son səfərini də şərh edib:


“Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi bir neçə gün öncə Rusiyaya səfər etdi. Onu deyə bilərəm ki, Rusiyada yaşayan azərbaycanlılar, xüsusi olaraq da diaspor təşkilatlarının böyük gözləntiləri var. Əsas variantlardan biri Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılmasıdır. Bu məqbul variantlardan hesab olunur. Hesab edirəm ki, variantlar  tək bununla bitmir”.


“Hər halda, Rusiyadakı təşkilatlarla əlaqələrim var. Komitə sədrinin Rusiyaya sonuncu səfərinin Azərbaycan diasporunun Rusiyadakı inkişafında mühüm rol oynayacağına əminəm. Çünki insanların gözləntiləri çoxalıb və biri-birlərinə qarşı inam yaranıb”,-deyə deputat əlavə edib.


Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti 27-29 noyabr tarixlərində  Rusiya Federasiyasında işgüzar səfərdə olub. Səfər zamanı diaspor təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir