Arxiv
3 Dekabr 2019, 12:59 | DİASPOR
Xaricdəki azərbaycanlılara “Soydaş vəsiqəsi” veriləcək - Diaspor işində YENİLİK

Azərbaycan diasporu çox sağlam təməllər üzərində qurulub. "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsini üçüncü oxunuşda nəzərdən keçirdik. Məhz V çağırış olan Milli Məclisdə belə bir qanun layihəsinin qəbul edilməsindən məmnunluq hissi keçirirəm”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

 

Komitə sədri qeyd edib ki, diaspor sahəsi ilə sistemli iş dövlət və dövlət quruculuğunun xüsusi əhəmiyyət kəsb edən sahələrindəndir:

 

“Xaricdə yaşayan soydaşlarımızın sayı respublikada ömür sürənlərin sayından bir neçə dəfə çoxdur. Başqa dünya xalqları bu yolda fəaliyyətə 100 il əvvəl başlasalar da, diaspor bizim üçün yeni sahədir. Ona görə də bu zaman içərisində daha çox işlər görməliyik”.





 

Rafael Hüseynov diaspor sahəsində hazırda görülən işləri yüksək qiymətləndirdiyini də bildirib:

 

“İstər belə bir medalın təsis edilməsi, istərsə də Diasporla İş üzrə Dövlət Komitəsinin son dövlərdə gördüyü işləri və fəaliyyətini çox yüksək qiymətləndirirəm. Çünki bu fəaliyyətdə ilk növbədə təşkilatlanmanın daha sistemli şəkildə aparılmasına əmək sərf edilib. Təsəvvür edin, yalnız son bir ildə komitə xaricdə yaşayan 11 mindən artıq soydaşımızla əlaqə imkanları qurub. İnternet televiziyası yaradıb. Xaricdə görüşlər sistemli xarakter alıb. İllərdən bəri davam edən ağrılı  problemlərin həllinə çalışıb”.

 

Komitə sədri “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsinin hazırlanmasından da söz açıb:

 

“Yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” həmin sənəd olacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyirlər. Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara “soydaş vəsiqəsi” verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət bu sahibkarlara 250 manat yardımla bağlı QƏRAR VERDİ 12 Avqust 2020, 14:34 Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı 12 Avqust 2020, 14:18 Binəqədidə soyğunçuluq edənlər saxlanıldı 12 Avqust 2020, 14:12 Prezidentin köməkçisi:  “Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir” 12 Avqust 2020, 14:06 Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır 12 Avqust 2020, 14:00 Azərbaycanda koronaviruslu xəstə evi tərk etdi - xəstəxanaya yerləşdirildi  12 Avqust 2020, 13:54 Mədəniyyət nazirinə müşavir təyin olundu 12 Avqust 2020, 13:48 Xəzərdə “Qarabağ”ın qüdrəti 12 Avqust 2020, 13:42 Evdə gizli nişan edənlər cərimələndi 12 Avqust 2020, 13:36 Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI 12 Avqust 2020, 13:30 Sabahın hava proqnozu 12 Avqust 2020, 13:24 Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü 12 Avqust 2020, 13:18 Bir fotonun göndərdiyi diplomatik mesaj - Ülvi Quliyev 12 Avqust 2020, 13:12 Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov 12 Avqust 2020, 13:07 Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ 12 Avqust 2020, 13:02 “Twitter”də yeni funksiya yaradıldı 12 Avqust 2020, 12:56 Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı 12 Avqust 2020, 12:50 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi 12 Avqust 2020, 12:44 Nöqsana yol verən 2 məhkəmə sədri məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 12:38 Yeni nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi 12 Avqust 2020, 12:32 Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlir 12 Avqust 2020, 12:26 DİM-dən abituriyentlərə güzəşt - 1-ci imtahanda iştirak etməyənlər II mərhələyə buraxılacaq 12 Avqust 2020, 12:20 Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - CAVAB 12 Avqust 2020, 12:14 Anar Kərimov Braziliyanın ölkəmizdəki səfirilə görüşüb 12 Avqust 2020, 12:08 Niyazi Bayramov vətəndaşları növbəti dəfə video-formatda qəbul edib - FOTO 12 Avqust 2020, 12:02 Azərbaycanda 9 hakimin fəaliyyətini xitam verildi - 39-u məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 11:56 Prezident “Azərsu”ya pul ayırdı 12 Avqust 2020, 11:50 Baş Prokurorluq işgəncə görüntüləri ilə bağlı məlumat YAYDI 12 Avqust 2020, 11:45 Sabah ilk qəbul imtahanı keçiriləcək 12 Avqust 2020, 11:40 Təhsil naziri Türkiyə səfiri ilə görüşdü 12 Avqust 2020, 11:35 “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” – Vahid Əhmədovla MÜSAHİBƏ 12 Avqust 2020, 11:29 Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI 12 Avqust 2020, 11:23 Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı 12 Avqust 2020, 11:18 Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06