Arxiv
4 Dekabr 2019, 16:45 | TƏHSİL
Deputat yaşlı müəllimlərin işdən uzaqlaşdırılmasına qarşı çıxdı

“Təklif verərdim ki, yaşlı müəllimlər universitedə kafedra müdiri, prorektor, rektor kimi yox məsləhətçi ştatında fəaliyyət göstərsinlər. Beləcə bu üsulla öz təcrübələrini gənc nəsilə ötürə bilərlər”.

Bunu Modern.a-a açıqlamasında deputat Kamilə Əliyeva bildirib. O, öz üzərində işləyən, zamanın tələbləri ilə ayaqlaşa bilən müəllimlərin işdən uzaqlaşdırılmasının da doğru olmadığını deyib:

“Ali məktəblədə bütün müəllimlər üçün məktəblərdəki kimi 65 yaş həddini qoysaq,  bu doğru olmaz. Universitetlərin spesifikası ayrı olduğu üçün, yəni ixtisaslar çox və fərqlidir deyə, kadrlara tələbat da müxtəlifdir. Yəni elə ixtisaslar var ki, onları tədris edən müəllimlər çox azdır. Artıq 30 ildir ki, müəlliməyəm, öz təcrübəmdən irəli gələrək deyirəm ki, konkret yaş həddi qoymaq doğru deyil. Əgər müəllim hiss edirsə ki, artıq onun bilik və bacarıqları, fiziki gücü dərs tədris etməyə yetəcək qədər deyil, o zaman könüllü şəkildə işdən uzaqlaşmalıdır. Bilirsiniz, indi elm inkişaf edir, yeniliklər çoxdur. Artıq tələbələr 10, 20 il əvvəlki kimi deyil,  tələbatları başqadır. Kompüter, internet əsridir, dil biliyinin olması lazımdır ki, xarici ölkələrdə elm sahəsində baş verən yenilikləri tələbələrə çatdırmaq mümkün olsun. Bu cəhətdən düşünürəm ki, sadalanan keyfiyyətlərin 70 yaşdan sonra formalaşması bir qədər çətin məsələdir. Bu baxımdan müəllim hiss etməlidir ki, artıq auditoriyda dərs deyə bilmir, getməlidir. 70 yaşında dil biliyi, enerjisi olan müəllim niyə görə işindən uzaqlaşdırılsın? Mütləq şəkildə həmin müəllimlərin  təcrübəsindən istifadə edərək, peşəkar kadrlar yetişdirməli, bir məktəb formalaşdırılmalıdır. Prezidentin son dönəmlərdə həyata keçirdiyi islahatlar da onu göstərir ki, yaşlı nəsillər gənc kadralara yer verməldir. Lakin prezidentin də qeyd etdiyi kimi bu hamıya şamil edilməli deyil. Yəni, 70 yaşdan yuxarı bütün müəllimləri işdən uzaqlaşdırsaq, bu da öz növbəsində müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Bu məsələ individual xarakter daşımalıdır. Təklif verərdim ki, yaşlı müəllimlər universitetdə kafedra müdiri, rektor kimi yox,  məsləhətçi ştatında fəaliyyət göstərsinlər. Beləcə bu üsulla öz təcrübələrini gənc nəsilə ötürə bilərlər”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niderlandda ən böyük narkolaboratoriya  bağlandı 12 Avqust 2020, 16:21 Kürdəmirdə “Mercedes” traktora çırpılıb, ölən var 12 Avqust 2020, 16:12 Qubaya istirahətə gələn 7 nəfər cərimələndi 12 Avqust 2020, 16:06 Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF 12 Avqust 2020, 16:00 Nazir Xəzər sahilinin təmizlənməsi prosesində - Foto 12 Avqust 2020, 15:55 Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi - SƏRƏNCAM 12 Avqust 2020, 15:50 Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir 12 Avqust 2020, 15:48 Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ 12 Avqust 2020, 15:45 “Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI 12 Avqust 2020, 15:40 Yas mərasimində iştirak edən 17 nəfər saxlanıldı - FOTOLAR 12 Avqust 2020, 15:34 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atıldı 12 Avqust 2020, 15:28 Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin olundu 12 Avqust 2020, 15:22 İlham Əliyev yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR 12 Avqust 2020, 15:16 15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər 12 Avqust 2020, 15:10 Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı 12 Avqust 2020, 15:08 Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq 12 Avqust 2020, 15:02 Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA 12 Avqust 2020, 14:56 190 manat alacaq səxslərin siyahısı banklara göndərildi - RƏSMİ 12 Avqust 2020, 14:54 Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi 12 Avqust 2020, 14:48 "Barselona"nın futbolçusu koronavirusa yoluxdu 12 Avqust 2020, 14:42 “Gələcəyimiz gənclərdir” festivalı baş tutub - FOTO 12 Avqust 2020, 14:36 Azərbaycanda məhbus qollarını doğradı 12 Avqust 2020, 14:30 Dövlət sahibkarlara 250 manat ödənişinə BAŞLADI 12 Avqust 2020, 14:24 “WhatsApp”da yeni funksiya tətbiq olunacaq 12 Avqust 2020, 14:18 Binəqədidə soyğunçuluq edənlər saxlanıldı 12 Avqust 2020, 14:12 Prezidentin köməkçisi:  “Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir” 12 Avqust 2020, 14:06 Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır 12 Avqust 2020, 14:00 Azərbaycanda koronaviruslu xəstə evi tərk etdi - xəstəxanaya yerləşdirildi  12 Avqust 2020, 13:54 Mədəniyyət nazirinə müşavir təyin olundu 12 Avqust 2020, 13:48 Xəzərdə “Qarabağ”ın qüdrəti 12 Avqust 2020, 13:42 Evdə gizli nişan edənlər cərimələndi 12 Avqust 2020, 13:36 Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI 12 Avqust 2020, 13:30 Sabahın hava proqnozu 12 Avqust 2020, 13:24 Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü 12 Avqust 2020, 13:18 Bir fotonun göndərdiyi diplomatik mesaj - Ülvi Quliyev 12 Avqust 2020, 13:12