Arxiv
5 Dekabr 2019, 15:48 | AKTUAL
Bakıda 85 min manatlıq domofon avadanlığı oğurlayanlar tutuldu

Paytaxtın Yasamal rayonunda yerləşən şirkətlərdən birinin anbarından oğurluq edilib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə zamanı şirkətə məxsus 85000 manat dəyərində hündürmərtəbəli binalarda quraşdırılan domofon və siqnalizasiya avadanlıqları naməlum şəraitdə oğurlanıb. Şirkət rəhbərliyi polisə müraciət edərək hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

 

Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, Bakı şəhər sakinləri Elçin Pənahov və Sakit Ələkbərov olması müəyyən edilib. Hər iki şəxs saxlanılaraq şübhəli şəxs qismində tutulublar.

 

Bundan başqa, saxlanılan zaman E.Pənahovun üzərindən qanunsuz olaraq əldə etdiyi 0,670 qram narkotik vasitə heroin də aşkar olunaraq götürülüb.

 

Anbardan oğurlanmış əşyaların bir hissəsinin yeri isə müəyyən edilərək cinayət işi üzrə maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb və şirkət sahibinə geri qayrtarılıb. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırılır.

 

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin işə qəbulunda YENİLİK - VİDEO 21 Yanvar 2020, 17:58 Hacıbala Abutalıbovun müraciət etdiyi astroloq Zirəddin Rzayevə: “Gərək Nərmin məsələsini açmayaydı” 21 Yanvar 2020, 17:52 Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu 21 Yanvar 2020, 17:46 Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR 21 Yanvar 2020, 17:40 Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil” 21 Yanvar 2020, 17:34 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2020, 17:29 Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO 21 Yanvar 2020, 17:23 Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52 Gəncə sakinindən “Kalaşnikov” tapıldı 21 Yanvar 2020, 16:46 MSK: “95 nəfər namizədliyini geri götürdü” 21 Yanvar 2020, 16:41 Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək” 21 Yanvar 2020, 16:36 Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı  21 Yanvar 2020, 16:31 Rövşən Rzayev köçkünləri qəbul etdi 21 Yanvar 2020, 16:25 Şəhidlər Xiyabanında itkin düşmüş şəxslərin adları əbədiləşdirildi 21 Yanvar 2020, 16:20 Azərbaycanda ilk-Robot bankda işə başladı - FOTOLAR 21 Yanvar 2020, 16:20 Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüş keçirdi - FOTO 21 Yanvar 2020, 16:15 Çin rəsmiləri pijama geyinənlərə görə üzr istədi 21 Yanvar 2020, 16:10 Çingiz Qənizadə görüşlərini davam etdirir - FOTOLAR 21 Yanvar 2020, 16:03 Prokurorluq baş redaktora xəbərdarlıq etdi 21 Yanvar 2020, 16:02 Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO 21 Yanvar 2020, 15:57 Azərbaycanda yol qəzalarında ölənlər artır - RƏSMİ HƏYƏCAN 21 Yanvar 2020, 15:53 Qarabağ qaziləri Fəzail Ağamalıya dəstək verir - VİDEO 21 Yanvar 2020, 15:48 Vilayət Eyvazovdan xəbərdarlıq: “Kobud rəftardan çəkinin, nəzakətli olun” 21 Yanvar 2020, 15:42 Bioloji Təbabət muzeyinin açılışı olub - FOTO 21 Yanvar 2020, 15:35 Uşaqlarda eşitmə problemləri artır - Həkim səbəbləri açıqladı 21 Yanvar 2020, 15:33 Deputat Trampı öldürənə 3 milyon dollar VƏD EDİR 21 Yanvar 2020, 15:27 Əlilliyin qiymətləndirilməsi qaydaları DƏYİŞDİ  21 Yanvar 2020, 15:26 Nazir müavini: “Ölkəmizdə media təhsili üçün maneə yoxdur” 21 Yanvar 2020, 15:22 Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi - QALMAQAL 21 Yanvar 2020, 15:18 Saatlılar yenə də akademik Əhliman Əmiraslanova səs verəcəklər - FOTO 21 Yanvar 2020, 15:13 Tağı Əhmədov bəzi deputatları TƏNQİD ETDİ 21 Yanvar 2020, 15:07
SORĞU Yeni parlamentdə kimlər olsun?