Modern.az

Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək

Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək

5 Dekabr 2019, 19:45

Suriya böhranı üzrə Türkiyə, Böyük Britaniya, Almaniya və Fransa liderlərinin iştirakı ilə ikinci sammit gələn ilin fevral ayında İstanbulda keçiriləcək.

 

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan NATO sammiti başa çatdıqdan sonra Londonda Türkiyə KİV-lərinin rəhbərləri ilə görüşü zamanı deyib.

“Biz ildə azı bir dəfə dördtərəfli sammit keçirmək barədə qərar qəbul etmişik. İndi bu sammit fevral ayında İstanbulda baş tutacaq”, - deyə Türkiyə lideri bildirib.

 

AzərTAc xatırladır ki, Türkiyə, Fransa, Almaniya və Böyük Britaniya liderləri dekabrın 3-də Londonda NATO sammiti çərçivəsində bir araya gəlib və Suriya böhranı üzrə ilk görüş keçiriblər.

 

Rəcəb Tayyib Ərdoğan danışıqların yaxşı keçdiyini deyib. Almaniya kansleri Angela Merkel də belə formatda ilk görüşün nəticələrini müsbət qiymətləndirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır