Arxiv
6 Dekabr 2019, 12:22 | AKTUAL
“Xalqın etimadını qazanmaq lazımdır” - Naqif Həmzəyev

Modern.az YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin müsahibəsini təqdim edir:

 

-Naqif müəllim, YAP Siyasi Şurasının Azərbaycan parlamentinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü və bununla əlaqədar Milli Məclisin müvafiq qərarını necə dəyərləndirirsiniz?

 

-Milli Məclisdə çoxluğu təşkil edən hakim partiyanın Siyasi Şurasının və deputatlarının V çağırış parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü dövlət Başçısı İlham Əliyevin genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı kimi qəbul edildi. YAP-ın Siyasi Şurası da bu qərarın ölkədə islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

Hər kəsə məlumdur ku, dünya siyasətində öz qətiyyəti, prinsipiallığı ilə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır. Təkcə Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, az bir zaman ərzində bu islahatlar özünü doğrultdu, ölkəmizin gələcək dinamik və davamlı inkişafına, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına xidmət etdi. Belə olan halda ölkəmizin sürətli inkişafının təmin olunması üçün aparılan islahatların qanunverici hakimiyyətdə-Milli Məclisdə də gündəmə gətirilməsi labüd oldu. Yarandığı gündən öz taleyüklü qərarları, gələcəyə baxışları ilə uğurlara, ilklərə imza atan hakim partiya bu dəfə də fərqləndi. Azərbaycanın parlament tarixində ilk dəfə olaraq, Milli Məclisin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Siyasi Şurası tərəfindən təşəbbüs irəli sürüldü. Bu da parlament tarixində daha bir maraqlı yenilik oldu. Dövlətçilik ideallarının, azərbaycançılıq düşüncəsinin təbliğatçısı, müstəqilliyimizin daimiliyinin, əbədiliyininin ayıq-sayıq keşikçisi olan Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcək dinamik və davamlı inkişafına xidmət edən islahatlar fonunda qanunverici orqanda da yeniləşmənin vacibliyini gündəmə gətirdi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin islahatlar konsepsiyasına dəstəyini nümayiş etdirdi.

Hər zaman cəmiyyətin inkişafına töhfələr verən hakim partiyanın üzvləri Siyasi Şuranın noyabrın 28-də keçirilən iclasında məsələni ətraflı şəkildə müzakirə etdikdən sonra, Milli Məclisin xalqın, ölkəmizin mənafeyinə, parlaq gələcəyinə xidmət edən islahatlardan kənarda qalmaması üçün Azərbaycan parlamentində də günün tələblərindən irəli gələn yeniləşməsinin, müasirləşməsinin zəruri olduğu barədə yekdil qərara qəbul etdilər.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov partiyanın Siyası Şurasının iclasında müzakirə olunan məsələ ilə əlaqədar mətbuata açıqlamasında xüsusi ilə vurğuladı ki, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası islahatlar konsepsiyasını dəstəkləyir, bu islahatların uğurla həyata keçirilməsinə öz töhfəsini verir və bundan sonra da verəcək.

 

-Sizcə, parlament islahatları ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?

 

-Azərbaycan Parlamentinin ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində xidmətlərini danmaq olmaz. 100 illik tarixi olan parlamentin ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında əvəzsiz xidmətləri sayəsində Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlətini qurub. Ölkənin siyasi sisteminin daha da inkişafı, iqtisadi qüdrətinin artması, demokratik proseslərin dərinləşməsi ilə bağlı verilən qanunvericilik aktları, mövcud qanunların daha da təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinin milli maraqlarımıza xidmət etdiyinin təsdiqidir.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin tərəqqisinə, hesablanan islahatların hakimiyyətin qanunvericilik orqanında da aparılması Azərbaycanın gələcək dinamik və davamlı inkişafını zəruri edib. Bütün sahələrdə aparılan genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı kimi qiymətləndirilən yeni parlament seçkilərinin keçirilməsi sözsüz ki, siyasi islahatların dərinləşməsinə, ölkənin inkişafına yeni töhfələr verəcək, qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək. Daha mükəmməl, səmərəli qanunlar ölkəmizin gündən-günə çiçəklənməsinə xidmət edəcək.

 

-Bəzi müxalifət dairələri bu məsələ ilə bağlı müxtəlif iddialarla çıxış edirlər. Buna münasibətiniz necədir?

 

-Demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün var qüvvələri ilə səfərbər olan dağıdıçı müxalifətin arzusu ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır. Ölkədə belə bir mühüm qərarın alındığı vaxtda sözsüz ki, müxalifətin cəfakeşləri Milli Məclis ətrafında oyunbazlıqlar edəcək, məkirli məqsədlərinə nail olmaq üçün cilddən cildə girəcəklər. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Sözsüz ki, Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşının qanunla müəyyən edilmiş qaydada millət vəkili seçilmək hüququ var. Ancaq, əvvəlcə xalqın etimadını qazanmaq lazımdır, fəaliyyətinlə xalqın rifahına, milli maraqlara sadiqliyini təsdiq etməlisən. Çətin sınaqlardan çıxan müdrik, uzaqgörən xalqımız artıq kimin kim olduğunu yaxşı bilir, dünənə kimi xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəşdirdiyi müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə, çirkin kampaniyalarına inanmır. Müxalifət dairələrinin işi həmişə olduğu kimi müxtəlif yalan, şər, böhtan dolu iddialar səsləndirməkdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 21 Yanvar 2020, 18:07 Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib - FOTOLAR 21 Yanvar 2020, 18:03 Müəllimlərin işə qəbulunda YENİLİK - VİDEO 21 Yanvar 2020, 17:58 Hacıbala Abutalıbovun müraciət etdiyi astroloq Zirəddin Rzayevə: “Gərək Nərmin məsələsini açmayaydı” 21 Yanvar 2020, 17:52 Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu 21 Yanvar 2020, 17:46 Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR 21 Yanvar 2020, 17:40 Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil” 21 Yanvar 2020, 17:34 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2020, 17:29 Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO 21 Yanvar 2020, 17:23 Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52 Gəncə sakinindən “Kalaşnikov” tapıldı 21 Yanvar 2020, 16:46 MSK: “95 nəfər namizədliyini geri götürdü” 21 Yanvar 2020, 16:41 Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək” 21 Yanvar 2020, 16:36 Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı  21 Yanvar 2020, 16:31 Rövşən Rzayev köçkünləri qəbul etdi 21 Yanvar 2020, 16:25 Şəhidlər Xiyabanında itkin düşmüş şəxslərin adları əbədiləşdirildi 21 Yanvar 2020, 16:20 Azərbaycanda ilk-Robot bankda işə başladı - FOTOLAR 21 Yanvar 2020, 16:20 Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüş keçirdi - FOTO 21 Yanvar 2020, 16:15 Çin rəsmiləri pijama geyinənlərə görə üzr istədi 21 Yanvar 2020, 16:10 Çingiz Qənizadə görüşlərini davam etdirir - FOTOLAR 21 Yanvar 2020, 16:03 Prokurorluq baş redaktora xəbərdarlıq etdi 21 Yanvar 2020, 16:02 Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO 21 Yanvar 2020, 15:57 Azərbaycanda yol qəzalarında ölənlər artır - RƏSMİ HƏYƏCAN 21 Yanvar 2020, 15:53 Qarabağ qaziləri Fəzail Ağamalıya dəstək verir - VİDEO 21 Yanvar 2020, 15:48 Vilayət Eyvazovdan xəbərdarlıq: “Kobud rəftardan çəkinin, nəzakətli olun” 21 Yanvar 2020, 15:42 Bioloji Təbabət muzeyinin açılışı olub - FOTO 21 Yanvar 2020, 15:35 Uşaqlarda eşitmə problemləri artır - Həkim səbəbləri açıqladı 21 Yanvar 2020, 15:33 Deputat Trampı öldürənə 3 milyon dollar VƏD EDİR 21 Yanvar 2020, 15:27 Əlilliyin qiymətləndirilməsi qaydaları DƏYİŞDİ  21 Yanvar 2020, 15:26 Firudin Qurbanov Media Savadlılığı üzrə Mərkəzin "Connections" jurnalına müsahibə verib 21 Yanvar 2020, 15:22 Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi - QALMAQAL 21 Yanvar 2020, 15:18
SORĞU Yeni parlamentdə kimlər olsun?