Modern.az

Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO 

Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO 

6 Dekabr 2019, 13:27
Bu gün Bakıda keçirilən beynəlxalq konfrans Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun  Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Armen Simonyanın Şəhidlər xiyabanı haqda səsləndirdiyi təxribat xarakterlı fikrə verdiyi sillə kimi cavabla yadda qalıb.
 
 
Modern.az-ın məlumatına görə, Baku.Tv-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki,  Bakının ev sahibliyi etdiyi Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyan tədbiri siyası alətə çevirib. Üzdəniraq qonşuların nümayəndə heyətinə rəhbərlik edən Armen Simonyan çıxışı zamanı bildirib ki, səfər proqramına Şəhidlər Xiyabanına ziyarət niyə daxil edilməli idi?! Onun sözlərinə görə, guya, Yerevanda keçirilən 13-cü konfransda siyası məqsədlər güdülməmişdi.
 
 
"Əslində bu TRASEKA məlum məsələlər üçün nəzərdə tutulub. Amma səfər proqramı siyasiləşdirilib. Nə üçün biz Fəxri Xiyabana səfər etməli idik? Biz hesab edirik belə platformaların proqramlara salınması qəbuledilməzdir"
 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Armen Simonyanın təxribat xarakterli fikirlərinə yerindəcə cavab verib:
 

"Mən öz tərəfimdən mədəni hissənin təşkilinə  görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destuktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Burda TRASEKA-nın mövcudluğu sərgiləndi. Səfər proqramı qəbul edilən zaman  o insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Sizin paytaxtınızda isə faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığıniz şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRASEKA-nın karvanı isə öz yoluna davam edəcək".
 
 
Onu da deyək ki, beynəlxalq konfransda TRASEKA-ya 13 üzv və 2 müşahidəçi  ölkənin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?