Modern.az

Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı

Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı

6 Dekabr 2019, 15:20

Yazıçı Kənan Hacı ABŞ-ın "Mundus Artium Press” adlı təşkilatın "İlin kitab icmalı üzrə ən yaxşı yazı” nominasiyasının qalibi mükafatını qazanıb.

Modern.az xəbər verir ki, Kənan Hacı bu mükafatı tanınmış amerikalı şairin kitabı haqda yazısına görə aldığını deyib:

"Alban əsilli Amerikan şairi və ədəbi tənqidçisi Gjeke Marinajın "Eşq” seriyasından dərc olunmuş "Sevginin 24 saatı” şeirlər kitabı haqqında yazım bu ilin fevral ayında "Kaspi" qəzetində dərc olunmuşdu. Müəllif Amerikadan mənə yazıb təşəkkür etdi və bildirdi ki, bu yazı ingilis və italiyan dillərinə də tərcümə olunub,orada çox bəyənilib, ədəbi dərgilərdə çap olunub.

Gjeke Marinaj Texas Universitetində çalışır. Professordur. Bu gün isə mənə yazdı ki, sizi təbrik edirəm! İlin kitab icmalı üzrə ən yaxşı yazı nominasiyasının qalibi sizsiniz. Mən də çox sevindim. Açığı, mənim üçün gözlənilməz bir şey oldu".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi