Modern.az

BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb  

BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb  

Aktual

6 Dekabr 2019, 17:46

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Ayxan Abdullayev (Biznesin idarə edilməsi ixtisası-ingilis bölməsi) Azərbaycan üzrə Beynəlxalq Natiqlik Yarışmasında birincilik qazanıb.

 

Modern.az xəbər verir ki, BMU tələbəsi Azərbaycanı 2020-ci ilin may ayında Londonda keçiriləcək Beynəlxalq Natiqlik Yarışmasında təmsil edəcək. 

Qeyd edək ki, Böyük Britaniyanın “English Speaking Union” (ESU) təşkilatı tərəfindən keçirilən Beynəlxalq Natiqlik Yarışması 54-dən çox ölkə və 60000-dən artıq tələbənin qatıldığı ən böyük beynəlxalq yarışmadır. Layihə artıq 22 ildir həyata keçirilir. Ayrı-ayrı ölkələr üzrə qalib olan natiqlər Londonda həyata keçirilən final turunda yarışmaq imkanı əldə edirlər. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi