Modern.az

 İranda hərbçi üç polisi güllələdi

 İranda hərbçi üç polisi güllələdi

7 Dekabr 2019, 20:02

İranda hüquq-mühafizə orqanları əməkdaşları arasında silahlı insident olub.

 

Modern.az İran mediasına istinadən xəbər verir ki, hərbi qulluqçunun açdığı atəş nəticəsində  üç  polis əməkdaşı həlak olub.


Məlumata görə, hadisə İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər-Ləng liman şəhərində baş verib.

Polisləri güllələyən şəxs saxlanılıb və hadisənin səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır