Arxiv
9 Dekabr 2019, 15:58 | AKTUAL
Deputatdan cəbhə və sərhəd bölgəsinin əhalisi ilə bağlı vacib TƏKLİF

Ermənistan hökuməti Azərbaycanla sərhəddə yerləşən kəndlərdə yaşayan sakinlərə əlavə ödənişlər edəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat Arman Babacanyan çıxışında deyib. Onun sözlərinə görə, layihə 2020-ci ilin yazında Azərbaycanla sərhəddəki Tavuş, Qeqarkunik və Vayots-Dzor vilayətlərinin kəndlərində başlayacaq. Proqram Azərbaycanla sərhəddə azı 3 il yaşayan ailələrdə hər yeni doğulan körpəyə 1000 dollar birdəfəlik ödənişin verilməsinə, uşağın 3 yaşa çatmasına qədər isə ayda 100 dollar müavinətin kəsilməsini nəzərdə tutur.

 

Deputat gələn il müzakirəyə çıxarılacaq qanun layihəsinin maliyyələşməsində diaspor və yerli biznesmenlərdən kömək alacaqlarını deyib.

 

Ermənistan hökumətinin bu addımı haqqında Modern.az-a danışan beşinci çağırış Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, uzun illərdir, Ermənistan xaricdən köçürüb, Qarabağda yerləşdirdiyi erməniləri belə vədlərlə aldadır. Deputatın fikrincə, bu tədbirlər həyata keçirilsə belə Ermənistan üçün heç bir effekti olmayacaq:

 

“Qarabağa köçürülən ermənilərin pasportları alınır, onlara işğal olunmuş ərazilərimizdən çıxmaq qadağan edilir. Əsgərlik yaşında olan oğlanları cəbhəyə aparırlar. Həmin ərazilərdə isə hərbi xunta rejimi təşkil ediblər. Xüsusi buraxılış olmadan oradan heç kim çıxa və ya əraziyə girə bilməz. Bu yolla onlar cəbhə xəttində məskunlaşmanı hazırda da davam etdirirlər.

Bu gün erməni hökumətinin büdcəsi ən aşağı səviyyədədir. Onların büdcədən həmin vəsaiti ödəməsi çox çətindir. Beynəlxalq hesabatlarda əksini tapan məqam da var ki, Ermənistanda doğum səviyyəsi çox aşağıdır. Bir tərəfdən əhali canını qurtarıb, oradan qaçmağa çalışır, digər tərəfdən isə aclıqdan, səfalətdən uşaq dünyaya gətirmək istəmirlər. Üstəlik erməni ailələri başsızdır. Erməni kişiləri Rusiyada, digər qonşu ölkələrdə  pul qazanmağa gedirlər, Ermənistana qayıtmaq istəmirlər. Ona görə də, ailələr natamamdır və azuşaqlıdır. Nəticədə, çıxılmaz vəziyyətdə qalan Ermənistan hökuməti Qarabağdakı əhalinin sayını artırmaq məqsədilə bu cür şirnikləndirici, aldadıcı metodlara əl atır”.

 

Deputat Ermənistan hakimiyyəti tərəfindən aldadılmış ermənilərə səslənib:

 

“Axmaq, hiyləgər erməni hakimiyyətinə inanmayın. Siz köçürüldüyünüz o ərazilərin sahibi deyilsiniz. Biz özümüz oraya yenidən qayıdacağıq, öz torpalarımızda yenidən məskən salacağıq. O zaman sizlərə heç Ermənistan hakimiyyəti də sahib çıxmayacaq.

Ermənistan hökumətinin etdikləri hamısı boş şeylərdir. Küçədən hakimiyyətə gələn Nikol Paşinyan Ermənistan əhalininin artacağını da demişdi. Halbuki əminamanlıq vaxtında, SSRİ-də Ermənistanın əhalisi Azərbaycan kişilərinin hesabına artırdı. İndi kimin hesabına əhalinin sayını artıracaqlar?”

 

E.Məmmədov bir müddət öncə səsləndirdiyi fikri yenidən təkrarlayıb. O, Azərbaycanın cəbhə bölgələrində, ucqar dağ kəndlərində, sərhəd bölgələrində, cəbhə xəttinə yaxın yerlərdə yaşayan əhaliyə daha artıq kömək göstərilməsini təklif edib:

 

“Həmin ərazilərdə məskunlaşan əhali ilə bağlı qanun hazırlanmalıdır. Biz imkan verməməliyik ki, kəndlərdə, ucqarlarda əhali azalsın. İnsanların kənddən şəhərə kütləvi axınını azaltmağa ehtiyac var. Ona görə, rayonlarda yaşayan gəncləri ora maraqlandırmaq vacibdir. İlk növbədə ucqarlarda yaşayan şəxsləri işlə təmin etmək lazımdır. Məsələn, rayon mərkəzində, şəhərdə bir işi yerinə yetirən şəxsə 10 manat ödənirsə, ucqarlardakı əhaliyə iki qatı verilməlidir. Onların kommunal xidmətlərdən azad olunması, müxtəlif güzəştlərin verilməsi vacibdir. Belə həvəsləndirmələr olsa, gənclər öz doğma kəndlərində, el-obalarında yaşayacaqlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşdü 20 Yanvar 2020, 21:20 İstiqlal salnaməsinin qəhrəmanlıq səhifəsi 20 Yanvar 2020, 21:11 Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR 20 Yanvar 2020, 20:50 Mingəçevir sakini odlu silahdan yaralandı 20 Yanvar 2020, 20:17 Rəşad Mahmudov seçicilərlə görüşdü: şəhid atasına baş çəkildi – FOTO 20 Yanvar 2020, 20:01 Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO 20 Yanvar 2020, 18:56 Hicran Hüseynova Sumqayıtda aztəminatlı ailələrlə görüşüb - FOTO 20 Yanvar 2020, 18:10 Oğurluq üstündə saxlanıldı - başqa cinayətlərinin üstü açıldı 20 Yanvar 2020, 18:01 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO 20 Yanvar 2020, 17:50 Ziyafət Əsgərov Lənkəranda şəhid ailələrinin problemləri ilə maraqlanıb - FOTO 20 Yanvar 2020, 17:40 İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03 Lavrovdan Liviya AÇIQLAMASI 20 Yanvar 2020, 15:55 Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO 20 Yanvar 2020, 15:48 Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2020, 15:40 Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır 20 Yanvar 2020, 15:32 "Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib 20 Yanvar 2020, 15:24 Bir gündə 20 cinayətkar tutuldu 20 Yanvar 2020, 15:17 Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başladı 20 Yanvar 2020, 15:10 Baş prokuror istefa verdi 20 Yanvar 2020, 15:02 Azərbaycanda kişi küçədə soyuqdan donaraq öldü 20 Yanvar 2020, 14:55 Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR 20 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Rövşən Sadıxov Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 20 Yanvar 2020, 14:40 Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB 20 Yanvar 2020, 14:33 ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb - FOTO 20 Yanvar 2020, 14:24 "Qoca"nın qardaşı həbs olundu - FOTO 20 Yanvar 2020, 14:15
SORĞU Yeni parlamentdə kimlər olsun?