Modern.az

Zakir Qaralov ögey övladlara işgəncə faktını nəzarətə götürdü

Zakir Qaralov ögey övladlara işgəncə faktını nəzarətə götürdü

Aktual

9 Dekabr 2019, 16:36

Bakıda qadının ögey övladlarına işgəncə verməsi faktı Baş Prokurorluq tərəfindən araşdırılır.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

 

E.Sultanov qeyd edib ki, baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb:

 

“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür