Modern.az

Avtomobil Yolları Dövlət Agentliyindən ödənişli yollarla bağlı yeni AÇIQLAMA

Avtomobil Yolları Dövlət Agentliyindən ödənişli yollarla bağlı yeni AÇIQLAMA

Aktual

10 Dekabr 2019, 09:47

“Azərbaycanda hazırda ödənişli alternativ yollar təcrübəsi yoxdur. Amma belə bir layihənin həyata keçirilməsi nəzərdə tutulur”.

Bunu Modern.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O xatırladıb ki, Quba-Rusiya istiqamətində inşa olunan yeni avtomobil yolunun ödənişli olması nəzərdə tutulur:

“Bununla bağlı təklif var. Hələlik bu təklif qəbul olunmasa da, yekunlaşandan sonra ödənişli olub-olmayacağı bilinəcək.

Bu layihə qəbul olunmasa belə, gəlcəkdə başqa layihələrdə ödənişli yol məsələsinin tətbiqi mümkündür”.


Qurum sözçüsü  ödənişli yolun alternativ yoldan digər fərqlərini də sadalayıb:

“Ödənişli yolun daha qısa olması, rahatlığı, təhlüksəizlik baxımından əlverişliliyi və s. nəzərə alınacaq”.


A.Nəcəfli  Bakı şəhərinin aktual problemi olan tıxac məsələsinə də toxunub. O alternativ yolların çəkilməsinin gündəmdə olduğunu vurğulayıb:

“Bakı yarımadada yerləşdiyinə görə, bura giriş-çıxış yolları respublikanın digər regionlarından azdır. Ona görə, alternativ yolların çəkilməsi həmişə gündəmdədir və harada mümkündürsə, orada həyata keçirilir. Amma konkret olaraq, şimala və ya cənuba doğru alternativ yol hələlik yoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü