Arxiv
10 Dekabr 2019, 10:36 | AKTUAL
“Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatıb

Bu ilin oktyabrın 8-də Bakının Qaradağ rayonunda açılışı olan “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, hər cür sosial-texniki infrastrukturla təchiz edilən kompleks ölkədə məcburi köçkünlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. 

 

Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev davam etdirir, yeni mənzillərə köçürülən ailələrin sayı hər il artır. Birinci vitse-prezident Mehriban Əliyevanın müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə olan məcburi köçkünlərə yeni mənzillərin birinci növbədə verilməsi barədə tapşırığı icra edilir.

 

Yeni qəsəbələrin salınmasına özəl sektor da öz töhfəsini verir. Məcburi köçkünlər üçün salınan 106-cı qəsəbə olan 1300 mənzilli “Qobu Park-2” yaşayış kompleksi də həmin töhfələrdəndir.

 

Kompleksə Bakı şəhərinin bir neçə rayonunun ərazisində uzun illərdir müvəqqəti məskunlaşmış, yaşayış şəraiti ağır olan məcburi köçkün ailələri köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru Natiq Hüseynov bu barədə məlumat verərkən bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin qəzalı vəziyyətdə, həyat üçün təhlükəli olması barədə rəy verdiyi binalar ilkin köçürülmə obyektləridir. Köçürülmə vaxtı paytaxtın hər bir rayonundan müvafiq binalar seçilib. Onların sayı çoxdur və köçürülmə mərhələli şəkildə aparılır.

 

“Qobu Park-2” yaşayış kompleksinə Qaradağ rayonunda - Lökbatan qəsəbəsindəki “Gecə” sanatoriyasında, 221 saylı bağçada, 4, 5 və 7 saylı yataqxanalarda, köhnə “Mebel evi”ində, Səbail rayonunda - Həmkarlar İttifaqınınyataqxanasında, Suraxanı rayonunda 1 saylı texniki peşə məktəbində, “Park, 32” ünvanında, Nərimanov rayonunda M.Məmmədov, 4” ünvanında yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2 saylı yataqxanasında, “Təbriz küçəsi, 10” ünvanında yerləşən yataqxanada, 39 nömrəli orta məktəbin həyətindəki inzibati binada, “Həsənoğlu küçəsi, 83A” ünvanındakı tikilidə, keçmiş “Tramvay park”ının ərazisində, Nəsimi rayonunda - Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında, Binəqədi rayonunda Mir Cəlal küçəsi, 3” ünvanında yerləşən yarımçıq binada, “Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 2-ci döngə, 14” ünvanında - Dəzgahqayırma zavodunun ərazisindəki binalarda, “1-ci mədən küçəsi, 1288” ünvanında - “Təmir-tikinti” MMC-nin ərazisində, “2-ci mədən” küçəsində - “Binəqədi Oyl” şikətinə məxsus binada, “K.Rəhimov küçəsi, 53A” ünvanında - “Elektroştamp” zavodunun yataqxanasında, “A.Gəraybəyli küçəsi, 9” ünvanındakı 9 saylı yataqxanada, “Delta” MMC-nin binasında, Nizami rayonunda - "Azərsutikinti" xəstəxanasının inzibati binasında, Yasamal rayonunda - “Xiyabani küçəsi, 14” ünvanında yerləşən 2 nömrəli tibb kollecinin yataqxanasında, “Şərifzadə, 196” ünvanında yerləşən xəstəxananın həyətindəki tikililərdə, Xətai rayonunda - “R.Əliyev küçəsi, 12/17” ünvanında uzun illərdən bəri müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülüb.

 

Məcburi köçkünlərə mənzillər püşkatma yolu ilə, şəffaflıq prinsiplərinə əməl edilməklə verilib. Onların yeni mənzillərə köçürülməsi dövlət vəsaiti hesabına həyata keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu bələdiyyələrin vəzifəli şəxsləri məhkəməyə verildi 27 Yanvar 2020, 20:05 Zamin Salayevə işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ 27 Yanvar 2020, 20:00 “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb 27 Yanvar 2020, 19:50 Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir” 27 Yanvar 2020, 19:45 Qarabağ qazisi Elmar Musayevlə bağlı qazilərə müraciət etdi - VİDEO 27 Yanvar 2020, 19:28 Bakı metrosunda sərnişin özünü qatarın altına atdı -VİDEO 27 Yanvar 2020, 19:18 Ərdoğan Ukraynaya gedir 27 Yanvar 2020, 19:05 Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib 27 Yanvar 2020, 18:53 İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO 27 Yanvar 2020, 18:41 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17 Kamran Bayramovun seçiciləri ilə səmimi görüşləri - Fotolar 27 Yanvar 2020, 18:14 Rektor kafedra müdirini CƏZALANDIRDI 27 Yanvar 2020, 18:06 Əflatun Amaşova ağır itki üz verdi 27 Yanvar 2020, 18:00 Musa Qasımlı Yardımlıda görüşlərini davam etdirir - FOTOLAR 27 Yanvar 2020, 17:59 MSK qalmaqallı dairəyə yeni sədr təyin etdi 27 Yanvar 2020, 17:57 Mərkəzi Bankda yeni baş direktor təyin olunub - DOSYE 27 Yanvar 2020, 17:51 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 27 Yanvar 2020, 17:44 Prezidentdən Sumqayıtla bağlı mühüm SƏRƏNCAM 27 Yanvar 2020, 17:42 BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb 27 Yanvar 2020, 17:36 Dövlət Agentliyi sahibkarlara müraciət edib 27 Yanvar 2020, 17:30 Könül Nurullayeva seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR - VİDEO 27 Yanvar 2020, 17:24 Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir 27 Yanvar 2020, 17:18 Yaşlılar emosional intellektin inkişafı üzrə məşğələlərə cəlb edildi 27 Yanvar 2020, 17:12 BDU-da kadr dəyişikliyi - İki prorektor, bir dekan işdən ÇIXARILDI   27 Yanvar 2020, 17:06 Siyasi partiyalar Məzahir Pənahovun müraciətinə əməl etməyib 27 Yanvar 2020, 17:00 Sınaq imtahanına qeydiyyat başladı 27 Yanvar 2020, 16:54 Kamal Abdullanın romanı müzakirə olunacaq 27 Yanvar 2020, 16:48 Parlament seçkilərində bir yerə 11 nəfər namizəd mübarizə aparır 27 Yanvar 2020, 16:42 Dünyanın ən zəngin azərbaycanlısı 5 günə 400 milyon dollar İTİRDİ 27 Yanvar 2020, 16:36
SORĞU Yeni parlamentdə kimlər olsun?