Modern.az

Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək

Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək

10 Dekabr 2019, 12:22

Bu gün Böyük Quruluş Partiyası (BQP) Ali Məclisinin iclası keçirilib.

 

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda 9 fevral 2020-ci il tarixinə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə Böyük Quruluş Partiyasının iştirakının məqsədə uyğunluğu haqqında qərar qəbul edilib.

 

Ali Məclis üzvləri partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanın 26 saylı Sabunçu I Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizədliyini irəli sürüblər.

 

Məclisdə, həmçinin, 65 seçki dairəsindən deputalığa namizədlər müəyyən edilib.

 

Bununla yanaşı, partiyanın səlahiyyətli nümyəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi