Modern.az

Uzaq və yaxın İsraildən veteran yazır...

Uzaq və yaxın İsraildən veteran yazır...

10 Dekabr 2019, 15:30

Salam Azərbaycan! Salam Bakı!

“Salam Azərbaycan”,  “Telefilm” - bu doğma sözləri eşidəndə yadıma gəncliyim düşür. Heç təssadufi deyil ki, mən Azərbaycan televiyasında 40 il işləmişəm.

Keçən əsrin 60 ci illərində Azərbaycan televiziyasına gələndən çox çətin, mürəkkəb və maraqlı yaradıcılıq yolu keçmişəm. Bu müddət ərzində 50-dən çox sənədli film və 1500-ə qədər içtimai-siyasi verlişlər hazırlamışam. Yaradıcılığımın ən yüksək nöqtəsi umummilli lider Heydər Əliyevə həsr edilmiş silsilə verlişlərlə bağlıdır.

Azərbaycan telefilmin keçdiyi bu 60 illik yaradıcılıq yolunda, bu bayram ərəfəsində onun korifeylərini, ustadlarını xatırlamamaq günahdır. Axı məhz onların ağlı və cəsarəti nəticəsində Azərbaycan televiziyasında yeni qurum – “Telefilm” yaradıldı. İshaq İbrahimov, Arif Babayev, Rüfət Şabanov, Nazim Abbasov, Arif Qazıiyev, Vasif Babayev , Nəriman Şıxəliyev, İsgəndər Kərimov, Tofiq Tağıyev...

Onlar məhz burada – yeni məktəb, yeni istiqamət – televiziya kino məktəbi yaratdılar. Ədəbiyyat və tərcümə sahəsində nüfuzlu mütəxəssis olan İshaq müəllim İbrahimov mənim iç dünyamı dürüst anlamaqla kifayətlənmir, həm də ona praktik kömək göstərir və yaradıcılıq dəstəyini əsirgəmirdi. Məhz bu köməyin sayəsində mən "Azərtelefilm" yaradıcılıq-istehsalat birliyində bir-birindən maraqlı sənədli filmlər çəkməyə başladım. Çox keçmədən rejissoru olduğum "Qırmızı qələm", "Sevilin bacıları", "Neft Daşları", "Mingəçevir", "Şahdağın Ətəyində", "And", "Həyatın Cizgiləri", "Naxçıvan" kimi maraqlı sənədli filmlər ekranlara çıxdı.

Qeyd etmək lazımdır ki, o vaxt qayda belə idi ki, müttəfiq respublikalarda çəkilən filmlərin hamısı dövlət sifarişi sayılırdı.

Moskvada xüsusi komissiya bu filmləri qəbul edirdi və daha çox bəyənilən əsərlər ümumittifaq ekranında - Mərkəzi televiziyada və Avroviziya ekranlarında nümayiş etdirilirdi. Mənim çəkdiyim bütün filmlər həmişə yüksək qiymətə layiq görülüb və böyük ekranlarda göstərilib. Rejissorluq ən gözəl peşələrdən biridir. Gözəlliyi ondadır ki, bu peşə sahibinin dünyaya, gerçəkliyə, hadisələrə fərqli baxışı, bir də qeyri-adi istedadı olur. İstedad ilahi qabiliyyətdir və ilk növbədə istənilən ideyaya, məzmuna müəyyən forma verməklə üzə çıxır. Mən o zaman bu yaradıcı insanları tanıyanda televiziya yaradıcılığı və rejissor işi haqqında bu qənaətlərim təzə-təzə formalaşırdı. Onlarla uzun illər birgə unudulmaz fəaliyyətimiz mənim bu düşüncələrimə yeni miqyas verdi, təsəvvürlərimə əlavə rənglər qatıb onu xeyli əlvanlaşdırdı.

Yuxarıda qeyd etdiyim ustadlarla işləmələ, onlardan çox şey öyrənmişəm. Bu televiziya korifeylərini necə unutmaq olar? Bu bayram ərəfəsində - mən öz adımdan və xaricdə yaşayan Azərbaycanlılar adından başda dövlət başçısı olmaqla Azərbaycan telefilmin bütün yaradıcılıq birliyinin heyətini 60 illik yubiley bayramı münasibəti ilə təbrik edir və hamıya can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,

"Aztelefilm"in rejissor və ssenarist veteranı Əhməd Abdullayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir