Arxiv
13 Dekabr 2019, 14:37 | ƏDƏBİYYAT
Yevda Abramovun Amerikada yəhudilərə dedikləri, diplomat Nəsimi Ağayevin narahatlığı və maraqlı SON

...2015-ci ilin fevral ayı idi. Azərbaycandan nümayəndə heyəti - Milli Məclisin deputatı Yevda Abramov, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, həmin icmanın ravvini Avraam Yakubov və mən ABŞ-ın Los-Anceles şəhərinə səfərə getmişdik.

 

Los-Ancelesdə Sinay sinaqoqu fəaliyyət göstərir. Bu sinaqoq ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən biridir. Milix Yevdayev bir il öncə Los-Ancelesdəki yəhudi icmalarının nümayəndələri ilə görüşmüşdü. Həmin görüşdən sonra Sinay sinaqoqu Azərbaycanın Dağ yəhudilərinə “Sefer Torah” (Tövrat) hədiyyə etmək qərarına gəlmişdi. Nümayəndə heyətinin Los-Ancelesə səfərinin əsas məqsədi həmin Tövratın təqdimat mərasimində iştirak etmək idi. Amma əsas məqsədimiz bu olsa da, Los-Ancelesdəki baş konsulumuz, səfərin yüksək səviyyədə təşkili üçün əlindən gələni əsirgəməyən Nəsimi Ağayev bizim üçün zəngin səfər proqramı hazırlamışdı. Səfər çərçivəsində onun təşəbbüsü və təşkilatçılığı ilə Amerika-İsrail İctimai Əlaqələr Komitəsi, Amerika Yəhudiləri Komitəsinin Los-Anceles bölməsinin idarə heyətinin üzvləri, UCLA Universitetindəki Hillel Yəhudi Mərkəzinin professor və tələbələri ilə görüşlərimiz oldu.

 

Qısası, səfər yüksək səviyyədə keçdi. Amma mənim üçün səfərdən ən yadda qalan məqam Los-Anceles Şəhər Şurasının yəhudi əslli üzvü ilə görüş oldu. Hər dəfə Los-Anceles şəhərinin adını eşitdikdə və ya oxuduqda bu görüş, daha doğrusu, Yevda Abramov yadıma düşür. Əslində, Yevda müəllimi çoxdan tanıyırdım, emosionallığı, səmimiyyəti, gülər üzlülüyü adamı ilk andan cəlb edirdi. Hansısa məsələ ilə bağlı zəng edəndə “alo”, “bəli” yox, şirin “qubalı ağzı” ilə “can” deyərdi.

 

Həmin görüşə gedərkən yerli şəraitə yaxşı bələd olan, şəhərin idarəçilərini, nüfuzlu şəxslərini beş barmağı kimi tanıyan Nəsimi Ağayev bizi yaxşı mənada təlimatlandırdı, hətta görüşəcəyimiz adamın tərcümeyi-halını, şəxsi keyfiyyətlərini də bizə açıqladı. Məlum oldu ki, Los-Ancelesi beş nəfərdən ibarət Şəhər Şurası idarə edir, onlardan biri erməni, daha doğrusu, mahiyyət etibarı ilə daşnaqdır. Şəhər Şurasının digər dörd üzvü həmin daşnaq həmkarlarına görə Azərbaycana, eləcə də  Türkiyəyə münasibətdə məsafəli davranır. Bu baxımdan Los-Ancelesin yəhudi icmasının Azərbaycana ciddi dəstək verməsinə baxmayaraq, Şəhər Şurasının yəhudi əsilli üzvünün “loyal münasibət”ini başa düşmək olar.

 

Nəsimi Ağayev bizi təlimatladırdıqdan sonra hamımız susduq, amma Yevda müəllim özünə əminliklə “Yaxşı, biz ona başa salarıq, ermənilər kimdir”, dedi. Qərarlaşdıq ki, görüşdə dövlət rəsmisi kimi mən yox, əsasən Milix Yevdayev və Yevda Abramov danışsınlar. Ehtiyac yarandığı təqdirdə mən müdaxilə edim. Çünki bir yəhudinin Azərbaycan bağlı həqiqətləri məhz yəhudilərdən eşitməsi daha doğru olar. Milix Yevdayevin müdrikliyinə, təcrübəsinə əmin idim. Onunla dəfələrlə beynəlxalq tədbirlərdə olmuşduq, bir-birimizi bir baxışdan başa düşürdük. Yevda müəllimlə isə xaricə ilk səfərim idi. Amma onun bu cür görüşlərlə bağlı zəngin təcrübəsinin olduğunu bilirdim.

 

Görüş başladı. Şəhər Şurasının yəhudi əsilli üzvü bizi o qədər də isti qarşılamadı. Üstəlik, həm Milix Yevdayev, həm də Yevda Abramov nə dedilər, nə danışdılarsa, o, yalnız “good/yaxşı” deyə reaksiya verdi. Zalım balasının yanaqları qıpqırmız, üzü və reaksiyaları məhkəmə divarı kimi “soyuq” idi. Hiss olunurdu ki, görüşün bu şəkildə keçməsi Yevda Abramovu əsəbləşdirir. Ancaq mən narahat deyildim. Əmin idim ki, tərcüməni Nəsimi Ağayev özü etdiyi üçün o, nəyi necə demək lazım olduğunu çox gözəl bilir, istənilən vəziyyətdən çıxa biləcəyik.

 

Milix Yevdayev yəhudiliyin Azərbaycandakı tarixindən, yəhudi icmasının fəaliyyətindən, dövlətin onlara qayğısından danışdı. Diqqət çəkən faktlar, rəqəmlər söylədi. Yevda müəllim isə Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərimiz, bu münaqişədə yəhidlərin həlak olması, yəhudi əslli milli qəhramanımız Albert Aqarunov barədə məlumat verdi. Ancaq qarşı tərəfin reaksiyası yenə də eyni idi. Yevda müəllim emosialarını artıq cilovlaya bilmirdi. Birdən üzünü mənə çevirib əsəbi şəkildə dedi: “Yəhudinin beləsini görməmişdim. Bu necə yəhudidir? Bəlkə, heç yəhudi deyil”? Mən gülümsündüm, üz gizgilərimlə onu sakitləşdirmək istədim. Amma Yevda müəllim sakitləşənə oxşamırdı. Əlacı olsaydı, bəlkə də, onu vurardı.

 

Təcrübəli diplomat Nəsimi Ağayev müxtəlif manevirlər edərək görüşün emosional keçməsinə qəti imkan vermədi. O, konkret nəticə əldə etmək üçün görüşü təşkil etmişdi, bunun üçün də inadla çalışırdı. Necə oldusa, Şəhər Şurasının yəhudi əsilli üzvü Qarabağ münaqişəsində yəhudilərin həlak olması barədə soruşdu. Görünür, bu münaqişənin qurbanları arasında azərbaycanlılarla yanaşı, yəhudilərin də olması barədə Yevda müəllimin sözləri onun diqqətini çəkmişdi. Onun sualından belə anlaşılırdı ki, necə etmək olar, yəhudilər Qarabağda həlak olmasın? Bəlkə, onlar harasa köçə bilər? Bu cür yanaşma Yevda Abramovu bir az da əsəbləşdirdi. Dedi ki, yəhudilərin ən çətin vaxtlarında azərbaycanlılar onlara sahib çıxıb, qoruyub, himayə edib, qardaş kimi birgə yaşayıblar. Yevda müəllimin son fikri isə daha kəsin oldu: “Azərbaycan bizim vətənimiz, azərbaycanlılar isə qardaşlarımızdır. Biz vətənimizi, qardaşlarımızı qoyub heç yana getməyəcəyik. Mən İsrailin yox, Azərbaycanın millət vəkiliyəm, azərbaycanlı Abramovam. Lazım gəlsə, mən də Albert kimi öləcəyəm, amma vətənimi, qardaşlarımı tək qoymayacağam”.

 

Görüş çox da nikbin notlarla bitmədi. Amma əsas məqsəd həmin adamda Azərbaycan barədə maksimum obyektiv fikir formalaşdırmaq idi ki, bunu da Yevda müəllimlə Milix müəllim yaxşı bacardı. Geri, konsulluğumuza qayıdanda yolda Nəsimi Ağayevə zəng gəldi. Məlum oldu ki, görüşdüyümüz şəxs bizi cəmi bir neçə dəqiqə sonra başlayacaq Şəhər Şurasının genişləndirilmiş iclasına dəvət edir. Gözlənilməz idi və bunun nə qədər önəmli olduğunu Nəsimi Ağayevin əhval-ruhiyyəsindən aydın başa düşmək olurdu. O dedi ki, Los-Ancelisin bütün idarəçiləri, əsas simaları, o cümlədən məlum erməni daşnaq həmin iclasda olacaq, Azərbaycan həqiqətlərini yaymaq baxımından ələdüşməz fürsətdir.

 

Biz çatanda iclas artıq başlamışdı. Möhtəşəm zal tam dolmuşdu. Bir az öncə görüşdüyümüz yəhudi bizi Azərbaycandan gələn yəhudi nümayəndə heyəti kimi təqdim etdi. Onun daşnaq həmkarına görə bizi bu cür təqdim etməsini başa düşdüyümüz üçün çox da dərinə getmədik. Ancaq yaranmış fürsətdən maksimum yararlandıq. Milix Yevdayev və Yevda Abramov daşnaq erməninin gözünün içinə baxa-baxa Azərbaycan həqiqətlərindən, ermənilərin soydaşlarımıza qarşı törətdikləri vandalizmdən danışdılar, Ermənistanı təcavüzkar, işğalçı adlandırdılar...

 

Zaldan çıxandan sonra əhval-ruhiyyəmiz tamam dəyişmişdi. Necə deyərlər, Yevda müəllimin kefi kök idi. Maşına minəndə birdən mənə dönüb dedi ki, “Gündüz müəllim, bu, o qədər də pis yəhudi deyilmiş. Gördün, bizə necə kömək etdi?” Mən də zarafatla cavab verdim ki, “Yevda müəllim, o əsl yəhudi idi, bizə sözlə yox, əməli ilə kömək etdi. Amma sizin əlinizdən yaxşı qurtuldu. Az qalmışdı onu döyəsiniz”. Yevda müəllim ciddi görkəm alıb dedi: “Azərbaycan mənim nəfəsimdir. Ona görə hər şey edərəm! İnanırsan mənə...?” Cavab vermədim, düzü, buna lüzum görmədim. Çünki Yevda müəllim bu sözləri deyərkən o qədər səmimi idi ki...

 

...Artıq o yoxdu, ruhu bizimlədi. Mən onun sualına indi cavab vermək istəyirəm: “Yevda müəllim, tək mən yox, biz hamımız sizə inanırıq...”

 

Gündüz KAMİLOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı 6 mart 2021, 00:55 Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək 6 mart 2021, 00:39 Tokio Olimpia Oyunları yenidən təxirə salınmayacaq 6 mart 2021, 00:24 Rəsulzadənin anım günüdür 6 mart 2021, 00:11 Ölkədə ictimai nəqliyyat üç gün işləməyəcək 6 mart 2021, 00:00 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24 Neft qiymətləri 70 dolları keçə bilər 5 mart 2021, 19:17 Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI 5 mart 2021, 19:05 Ərdoğan Merkellə videoformatda görüş 5 mart 2021, 18:55 Ötən ay 70 diplomun tanınmasından imtina edilib 5 mart 2021, 18:47