Modern.az

Bütün ailə üzvləri namizəd olan bələdiyyə sədri geri çəkildi

Bütün ailə üzvləri namizəd olan bələdiyyə sədri geri çəkildi

14 Dekabr 2019, 10:53

Bakıda bələdiyyə sədri 8 ailə üzvünün namizədliyini geri götürüb.

 

Modern.az “qafqazinfo”ya istinadla xəbər verir ki, bir müddət öncə sosial şəbəkələrdə Suraxanı rayonu, Əmircan qəsəbəsinin bələdiyyə sədri Rafael Cəbrayılovun özü, qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumundan ibarət 8 nəfərin namizədliyini irəli sürməsi barədə məlumat yayılmışdı.

 

Bu gün həmin bələdiyyəyə namizədliyini irəli sürmüş Famil İbrahimov məlumat paylaşaraq artıq bələdiyyə sədrinin geri çəkildiyini bildirib. Belə ki, Mərkəzi Seçki Komissiyasının saytında namizədlər siyahısında R.Cəfərov və yaxınlarının adları silinib, onlar namizədliklərini geri götürüblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir