Arxiv
14 Dekabr 2019, 11:42 | ƏDƏBİYYAT
Qələmin gücü paklıq prinsipinə məğlub oldu

Bugünkü gün kimi xatırlayıram. 2015-ci ilin dekabr ayının 17-nə böyük həyəcan və sevinclə hazırlaşırdıq. Elə bir hədiyyə seçimi etməli idik ki, müəllim onu bəyənsin və ən əsası qəbul etsin. Nəhayət ki, seçimimiz qələm oldu. Düşündük ki, söz sahibi üçün xüsusi dəyərə malik olan qələm ən yaxşı hədiyyə olar. Çünki ta qədimdən bu günə kimi jurnalist görüb eşitdiklərini, müşahidə etdiklərini sözə çevirərək? qələmin qüdrəti ilə auditoriyaya çatdırmaq imkanı əldə edib. Lakin heç nə düşündüyümüz kimi olmadı...


Hər birimizin ürəyində sevinc qarışıq təlaş var idi. Axı Azərbaycan jurnalistikasının “canlı ensiklopediyası”, Azərbaycan mətbuat tarixinin ən güclü araşdırmaçısı, tanınmış jurnalist, professor Şirməmməd Hüseynovu doğum günü münasibəti ilə təbrik etmək həm şərəfli, həm də məsuliyyətli idi.

Şirməmməd müəllimində gözlərindəki sevinci hər birimiz aydın hiss edirdik. Heç şübhəsiz ki, tələbələrinin təbrikini eşitmək müəllimi qürurlandırmışdı.

Ən nəhayət sıra gəldi hədiyyəni təqdim etməyə. Qrup yoldaşlarım bu məsuliyyətli vəzifəni mənə həvalə etmişdilər. Qeyd etdiyim kimi, heç nə düşündüyümüz daha doğrusu istədiyimiz kimi olmadı. Biz əvvəldən bilirdik ki, Şirməmməd Hüseynov jurnalistikanın sosial məsuliyyət, düzgünlük, obyektivlik, vicdanlılıq, şəxsiyyətə və özgə ləyaqətinə hörmət, ən əsası paklıq prinsipinə hər zaman məsuliyyətlə yanaşıb.

Şirməmməd müəllim deyərdi: “Jurnalist kimdənsə hədiyyə aldısa deməli mütləq gec-tez bu hədiyyənin qarşılığında ondan nəsə istəyəcəklər”.

Məhz buna görə də əqidəsindən dönmürdü, ayrı ayrı şəxslərdən mükafat, hədiyyə və s. bu kimi bəxşişlər qəbul etmirdi. Peşəkar, məsuliyyətli, savadlı jurnalist, ən əsası vətəninə xeyirli vətəndaş yetişdirməyi Şirməmməd müəllim özünün ən böyük hədiyyəsi hesab edirdi. Bəxşişimizi qəbul etmədi. Bu dəfə qələmin gücü paklıq prinsipinə məğlub oldu.

“Peşəkar olmaq üçün yalnız görmək yox həm də gördüklərini dərk etmək lazımdır”, - deyərdi Şirməmməd müəllim. Hər bir sözünüz, nəsihətiniz bizim üçün məktəb oldu. Bu gün sizin bilik bulağınızdan su içmiş tələbələrinizin hər biri sizi yad edir və adınızı hörmətlə anır. Ruhunuz şad olsun Müəllim!



Nuranə Quliyeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov sərəncam İMZALADI 27 Fevral 2021, 13:19 Xarici jurnalistlər Füzulidə minatəmizləmə işləri ilə tanış oldu - VİDEO 27 Fevral 2021, 13:10 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı 27 Fevral 2021, 12:21 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22 Təyyarə qəzası: 3 ölü 27 Fevral 2021, 09:07 İsveçrə sakini lotereyada 210 milyon avro qazandı 27 Fevral 2021, 08:58 ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53 İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransının TAM MƏTNİ 27 Fevral 2021, 00:40 İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi 27 Fevral 2021, 00:32 İlham Əliyevdən “İsgəndər” AÇIQLAMASI 27 Fevral 2021, 00:23 “Deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır” 27 Fevral 2021, 00:11