Modern.az

Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı

Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı

15 Dekabr 2019, 21:46

Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

2010-cu il təvəllüdlü Məlikov Əli Elçin oğlu evdə oynayarkən ehtiyatsızlıqdan yıxılıb. Bu zaman onun qarnına oxlov batıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun qarın boşluğunda deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi