Arxiv
16 Dekabr 2019, 09:18 | ANALİTİKA
Şərq dalğasının Qərb qayasına çırpındığı an - TƏHLİL

 

Tahir Kərimov,
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi

 

İstanbul…
Şərq dalğasının Qərb qayasına daima çırpındığı şəhər…
Süsən Mudi (Susan Moody)
İngilis yazıçısı

30 yanvar 2009-cu il Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğanı İstanbul Atatürk hava limanında qəhrəman kimi qarşılayırdılar. Minlərlə insan Türkiyə və Fələstin bayraqlarını yelləyərək, sevimli lideri alqışlayırdı. Bundan az öncə Ərdoğan Davosdakı Dünya İqtisadi Forumunda İsrailin 9-cu prezidenti Şimon Peresi Qəzza bölgəsinə hücuma, günahsız fələstinlilərin ölümünə görə kəskin tənqid etmişdi. Diqqət çəkən məqam əksər ərəb ölkələrinin səssiz müşahidəçi qismində çıxış etməsi oldu. Yalnız Ərəb Liqasının baş katibi, Misirin sabiq xarici işlər naziri Əmir Musa Ərdoğanın narahatlığını “anlaşılan” adlandırdı.

 

O zamandan keçən dövr ərzində həm Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas “ermənilərin Osmanlı dövründəki iztirablarının fələstinlilərin əziyyətləri ilə eyni” olduğunu bəyan etməklə Ərdoğana “minnətdarlığını” bildirdi, həm də Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaq vaxtının çatdığını dedi. İsrail rəsmiləri isə daha irəli gedərək, nəinki fələstinlilərin, Qəzza bölgəsində yaşayan xristianların belə bu il Milad bayramını qeyd etmək üçün Betlehem və Yerusəlimə (Qüds) gəlməsinə qadağa qoyurlar.

 

Türkiyə-İsrail münasibətləri isə yaxşılığa doğru inkişaf etmir, Türkiyə artıq İsrailin istehsal etdiyi silahlara əvvəlki kimi maraq göstərmir, Suriyaya qarşı birgə kəşfiyyat əməkdaşlığı da əhəmiyyətini itirir. Ən yüksək səviyyədə, 5-ci dəfə baş nazir seçilən Benyamin Netanyahu oğlu Yair ilə Twitter-lərində Ərdoğanı “tiran”, Ərdoğan isə ata-oğulu “qatil” adlandırır.

 


Belə bir şəraitdə, 12 dekabr 2019-cu il ABŞ Senatında “erməni soyqırımı” qətnaməsi qəbul olundu. Bundan əvvəl oktyabrın 29-da qətnamə Konqressdə qəbul olunmuşdu. Türkiyə tərəfi senatorların qətnaməyə səs verməyəcəyinə ümid etsə də, Nyu Cersi ştatından senator Robert Menendez və Texas ştatını təmsil edən senator Ted Kruzun təşəbbüsünə senatorlar yekdilliklə səs verdilər.

 

Halbuki, noyabrın 13-ü oval kabinetdə Tramp-Ərdoğan görüşündən sonra, Ankara düşünürdü ki, Ağ Ev senata milli maraqların daha vacib olduğunu izah edə biləcəkdir. Respublikaçı senatorlar Deyvid Pördu (Corciya), Kevin Kramer (Şimali Dakota) və Lindsey Qrəhəm (Cənubi Karolina) Ağ Evdən izahat aldıqdan sonra Menendesin təşəbbüsünü dayandırdılar. Türkiyəyə istisnasız olaraq bütün məsələlərdə dəstəyini bildirən senator Mitç MkKonnel (Respublikaçı-Kentakki) hər hansı bir sanksiyanın ilk növbədə  türk xalqını cəzalandıracağına diqqət yetirdi.

 

Lakin bir məqam diqqəti çəkir. Ağ Evdəki 13 noyabr Tramp-Ərdoğan görüşündə Lindsey Qrəhəm də iştirak edirdi. Görüş zamanı senator Türkiyənin Suriya ərazisini işğal etməsinə etirazını bildirmişdi. Ərdoğan isə “işğal” kəlməsinə qəti etiraz etmiş və kürd hərbi birləşmələrinin törətdiyi amansız qətlləri önə çəkmişdi. Qrəhəm cavabında “İstəyirsinizmi kürdlərin də Türk ordusu haqqında dediklərini eşidək?”-deyə soruşmuşdu. Görüşdən dərhal sonra Qrəhəm demişdir ki, Menendesin təşəbbüsünü Ağ Evdən ona bu barədə zəng gəldiyinə görə dayandırmışdır: “Bunu Ərdoğan Vaşinqtonda olduğuna görə etdim. Amma növbəti dəfə bu təşəbbüsə qarşı çıxmayacam”.

 


Oval kabinetdəki prezidentlərarası görüşdən sonra Ərdoğan respublikaçı senatorlarla bir araya gəldi, lakin bu görüş də Türkiyə Vaşinqton  İnstitutu, Yaxın Şərq Araşdırmalarının Türkiyə Proqramları direktoru Söner Çağaptayın təbirincə “çok yüksek tansion” şəraitində keçdi.

 

Beləliklə, bu dəfə nə daim Ankaranın tərəfində olan yəhudi təşkilatları AIPAC (American İsraeli Public Affairs Committee) və AJC (American Jewish Congress), nə də Senatda hər zaman faiz pariteti gözlənilən senatorlar (Senatda yəhudi əsilli senatorların sayı 15%-dən az olmayaraq gözlənilir) qətnamənin qəbul olunmaması üçün ciddi səylər göstərdilər. Axı məlumdur ki, yəhudi lobbisi lazım gələn anda Ağ Evə, Dövlət Departamentinə, Konqresə, Pentaqona və Milli Təhlükəsizlik Şurasına ciddi təsir göstərmək gücündədir.

 

Bu mövzu hər zaman bir təzyiq vasitəsi kimi Türkiyəyə qarşı tətbiq olunacaq. Aydındır ki, 104 il əvvəl hərbi şəraitdə baş vermiş hadisələri soyqırımı qətnaməsi kimi qəbul elətdirib kağız üzərində saxlamaq onilliklər boyu bu yöndə çalışanların son məqsədi deyil.  

 

Məsələ yalnız qətnamə ilə bitmir. Daha bir təhlükəli trend: Suriyada ABŞ-ın məqsədi Amerika ordusunda itkilərə yol verməmək, türk ordusu vasitəsilə Əsəd rejimini daha da zəiflətmək, türk ordusunun Suriya ərazisinə daxil olması ilə İranın Suriyaya təsirini azaltmaq idi və Amerika bu məqsədlərə qismən də olsa çatdı. Bu məqsədə çatana qədər hər zamankı kimi Türkiyə Yaxın Şərqdə önəmli forpost rolu oynayırdı. İndi Türkiyəni  Suriyadakı hərbi əməliyyatlara və Rusiyadan S-400-ləri almağa görə cəzalandırmaq zamanının (bəlkə də bəhanəsinin) yetişdiyi gündəmdədir.

 


Beynəlxalq münasibətlər konstruktivistlərin və liberalların təsəvvür etdiyi dünya düzümündən çox uzaqdır. Onlar reallıq üzərində qurulur. Reallıqda isə Türkiyəni sanksiyalarla hədələyirlər.

 

Türkiyə çətin sınaq qarşısındadır. Hətta neftlə zəngin İran və Rusiyada belə sanksiyaların iqtisadiyyata təsiri günü-gündən daha çox hiss olunur. Sanksiyalarla üzləşəcəyi halda Rusiyaya tərəvəz və tekstil ixracı və ya mövsümi turistlər ölkə iqtisadiyyatını vəziyyətdən çıxara bilməz. Türkiyənin hər hansı riskə atılmasının əks-sədası Azərbaycanda da eşidiləcək.

 

İndi qətnamə prezident tərəfindən imzalanmaq üçün Ağ Evə təqdim olunacaq. Ənənəvi olaraq seçicilərin könlünü almaq üçün səs verən konqresmenlər və senatorlardan fərqli olaraq, Administrasiya milli maraqları üstün tutur. Ancaq Henri Kissincerin dediyi kimi , “Tramp xarici ölkələrin indiyə qədər görmədiyi bir fenomendir” (18 dekabr 2016-cı ildə CBS News-a intervyü).  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:37 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 Azərbaycan pasportundan imtina edib Ukrayna vətəndaşlığı alanlar... 21 Yanvar 2020, 18:08 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 21 Yanvar 2020, 18:07 Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib - FOTOLAR 21 Yanvar 2020, 18:03 Müəllimlərin işə qəbulunda YENİLİK - VİDEO 21 Yanvar 2020, 17:58 Hacıbala Abutalıbovun müraciət etdiyi astroloq Zirəddin Rzayevə: “Gərək Nərmin məsələsini açmayaydı” 21 Yanvar 2020, 17:52 Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu 21 Yanvar 2020, 17:46 Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR 21 Yanvar 2020, 17:40 Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil” 21 Yanvar 2020, 17:34 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2020, 17:29 Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO 21 Yanvar 2020, 17:23 Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52 Gəncə sakinindən “Kalaşnikov” tapıldı 21 Yanvar 2020, 16:46 MSK: “95 nəfər namizədliyini geri götürdü” 21 Yanvar 2020, 16:41 Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək” 21 Yanvar 2020, 16:36 Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı  21 Yanvar 2020, 16:31 Rövşən Rzayev köçkünləri qəbul etdi 21 Yanvar 2020, 16:25 Şəhidlər Xiyabanında itkin düşmüş şəxslərin adları əbədiləşdirildi 21 Yanvar 2020, 16:20 Azərbaycanda ilk-Robot bankda işə başladı - FOTOLAR 21 Yanvar 2020, 16:20 Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüş keçirdi - FOTO 21 Yanvar 2020, 16:15 Çin rəsmiləri pijama geyinənlərə görə üzr istədi 21 Yanvar 2020, 16:10 Çingiz Qənizadə görüşlərini davam etdirir - FOTOLAR 21 Yanvar 2020, 16:03 Prokurorluq baş redaktora xəbərdarlıq etdi 21 Yanvar 2020, 16:02 Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO 21 Yanvar 2020, 15:57 Azərbaycanda yol qəzalarında ölənlər artır - RƏSMİ HƏYƏCAN 21 Yanvar 2020, 15:53 Qarabağ qaziləri Fəzail Ağamalıya dəstək verir - VİDEO 21 Yanvar 2020, 15:48 Vilayət Eyvazovdan xəbərdarlıq: “Kobud rəftardan çəkinin, nəzakətli olun” 21 Yanvar 2020, 15:42 Bioloji Təbabət muzeyinin açılışı olub - FOTO 21 Yanvar 2020, 15:35
SORĞU Yeni parlamentdə kimlər olsun?