Arxiv
16 Dekabr 2019, 12:17 | AKTUAL
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” tətbiq olunur

Azərbaycan və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları üçün “ASAN Viza” vasitəsilə viza verilməsinə başlanılıb.

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, sözügedən fəaliyyətin təmin edilməsi üçün Azərbaycan Hökuməti və Türkmənistan Hökuməti arasında viza rejiminin sadələşdirilməsi haqqında 22 noyabr 2018-ci il tarixində Aşqabad şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının Milli Məclisinin 12 fevral 2019-cu il tarixli qərarı ilə təsdiq edilib.

 

Hər iki dövlətin ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları Ələt qəsəbəsində yerləşən, regionun əsas nəqliyyat və logistika qovşağı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” sistemi vasitəsilə elektron viza əldə edə bilirlər.

 

2018-ci ildə rekord sayda, 47000 sərnişin Bakı Limanı vasitəsi ilə ölkə ərazisinə daxil olub ki, onların əksəriyyəti Türkmənistan vətəndaşıdır.

 

“ASAN Viza” sistemi vasitəsilə indiyədək 1 842 000-dən çox viza verilib. Bu vizaların 34 %-i Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunmuş vizaların payına düşür. 

 

2019-cu ilin ilk 11 ayına nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 39% daha çox, yəni 869 905 viza verilib. “ASAN Viza” ilə Azərbaycana səfər edən bu əcnəbilərin 82%-i səfər məqsədini turizm olaraq qeyd edib.

 

Azərbaycana elektron viza üçün ən çox müraciət edənlər Birləşmiş Krallıq, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Hindistan, Pakistan, Çin, İran, Türkmənistan vətəndaşlarıdırlar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə olunması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə olunur - RƏSMİ 26 Yanvar 2020, 00:31 Uğursuz Daşaltı əməliyyatından 28 il ötür 26 Yanvar 2020, 00:12 Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşıladı - FOTO, VİDEO 25 Yanvar 2020, 23:57 Vüqar Bayramov Qəhrəmanlar parkında Horadiz sakinləri ilə görüşdü - FOTO 25 Yanvar 2020, 23:39 Türkiyədə yenə zəlzələ oldu 25 Yanvar 2020, 23:18 Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO 25 Yanvar 2020, 22:36 Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO 25 Yanvar 2020, 22:29 Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var 25 Yanvar 2020, 22:11 Cavanşir Paşazadənin seçicilərlə izdihamlı görüşü - FOTOLAR 25 Yanvar 2020, 21:53 Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ 25 Yanvar 2020, 21:34 Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 25 Yanvar 2020, 19:33 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51 İt dişləməsindən ölən şagirdlə bağlı AÇIQLAMA: “Poliklinikaya getməyib” 25 Yanvar 2020, 15:40
SORĞU Yeni parlamentdə kimlər olsun?