Modern.az

Ağır xəstə Novruz Salmanov yaşamaq üçün kömək istəyir

Ağır xəstə Novruz Salmanov yaşamaq üçün kömək istəyir

Aktual

16 Dekabr 2019, 12:24

2018-ci ilin 1 oktyabrında Binədə qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan Novruz Salmanov hələ də xəstəxanada müalicə alır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Novruzun dostları sosial çarx hazırlayıb. Dostları Novruzun dövlətin dəstəyi ilə 20-yə yaxın əməliyyat keçirdiyini də bildiriblər:

 

“14 ay ərzində sadəcə gözlərini açıb. Hazırda dövlət xəstəxanlarının birində həkim nəzarəti altındadır. Novruzun ayağa qalxması üçün özəl xəstəxana və həkim də tapılıb. Sadəcə ailəsinin həmin məbləği ödəməyə imkanı yoxdur”.

 

Qeyd edək ki, Novruz ilk olaraq Sabunçu xəstəxanasına aparılıb.

 

Yardım etmək istəyənlər 070-633-03-76 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

 

2018-ci il oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 3 nəfər ölüb, azı 42 nəfər yaralanıb. Ölənlərdən biri 12-13 yaşlarında məktəbli olub.

 

Baş Prokurorluq bildirmişdi ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi üzrə cinayət işi başlanıb.

 

Avtobus sürücüsü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Baş Prokurorluq bildirib ki, istintaqda hadisə baş verən gün sürücünün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edilib və marşrut xəttinin aid olduğu "Ayşən LTD" MMC-nin dispetçeri barəsində də həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?