Arxiv
17 Dekabr 2019, 15:53 | MƏDƏNİYYƏT
Şirməmməd Hüseynovun barelyefi açıldı - FOTOLAR

Bu gün Bakı Dövlət Universitetinin professoru, görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü tamam olur.
Bu münasibətlə dekabrın 17-də Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının qarşısında görkəm alim Şirməmməd Hüseynovun barelyefi açılıb.

Modern.az-ın məlumatına görə, tədbirdə rektor Elçin Babayev Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb.

Alimin həyatının böyük hissəsinin Universitetlə bağlı olduğunu bildirən E.Babayev gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirdiyini diqqətə çatdırıb.

“Bu gün Şirməmməd müəllimin üzün illər çalışdığı kafedranın qarşısında onun barelyefini açırıq. Hər dəfə bu barelyefi görərkən biz onu yenidən yad edəcəyik. Daim örnək həyat sürən Şirməmməd müəllimin cəmiyyətimiz üçün nümunəvi övladlar yetişdirdiyini qeyd edən rektor hazırda alimin qızlarının Azərbaycan elminin, mədəniyyətinin inkişafı yolunda səylə çalışdıqlarını diqqətə çatdırıb.
Qeyd edib ki, bu gün Şirməmməd müəllimin ruhu bizimlədir. Biz də bu gün böyük alim qarşısında qismən də olsa, mənəvi borcumuzu yerinə yetirməyə çalışdıq”.

Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova görülən işə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, əsl alim üçün bundan böyük xoşbəxtlik ola bilməz:


“Bir daha şahidi oldum ki, Şirməmməd müəllimin çoxlu müridləri var. Dərs dediyi, hətta dərs demədiyi tələbələr onu çox sevir. Mən onların xatirələrini oxuyanda çox kövrəlirəm. Həqiqətən həyatda iz salan insanlar varmış və mən bunun canlı şahidiyəm. Şirməmməd Hüseynov düz 74 il Bakı Dövlət Universitetində çalışıb, bu heç də hər kəsə nəsib olan xoşbəxtlik deyil. O, ömrünün son gününə qədər işdən ayrılmadı. Onu xatirəsini belə sevinclə, məhəbbətlə yad etdiyinizə görə hamınıza təşəkkür edirəm”.


Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şirməmməd Hüseynov məktəb yaratmışdı: “O, təkbaşına bir akademiya və universitet qədər iş görmüş, Azərbaycan mediasını zənginləşdirərək tarixə çevirmişdi”.


Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Şirməmməd müəllimin lap gənc yaşlarından Universitetdə sayılıb, seçildiyini vurğulayıb. Bildirib ki, onun heç bir sözünə etinasızlıq olmayıb. O, tələbələrini balası qədər sevib, qayğı, diqqət göstərib, haqq, ədaləq çarçısı olub.


“Real” televiziyasının rəhbəri Mirşahin Ağayev Şirməmməd müəllimlə həm tələbə, həm aparıcı kimi ünsiyyətdə olduğunu vurğulayıb. Bildirib ki, Şirməmməd müəllimə həsr olunmuş kitabda özünü onun mirzəsi kimi təqdim edib: “Onunla hazırladığımız layihələrdə, əslində jurnalistə ehtiyac yox idi. Mən sadəcə olaraq mikrofonun, qələmin, kameranın davamı idim”.


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Şirməmməd müəllimsiz həyatımızda böyük bir boşluq yaranıb.

“O, necə yaşamağın bir nümunəsi idi. Həmişə nikbin, inandığı ideyalara sadiqliyini göstərən, buna inanan bir insan idi”.


“Discovery Azerbaijan” jurnalının təsisçisi və baş redaktoru Çavanşir Feyziyev isə qeyd edib ki, “Şirməmməd müəllim bütün Azərbaycan xalqının müəllimi olub. Vətənini, xalqını sevən insanlar onu öz müəllimləri hesab ediblər. O, həyat tərzi, həyat amalları ilə xalqımız üçün örnək şəxsiyyət olub”.

Professor Solmaz Rüstəmova-Tohidi, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və digər çıxış edənlər Şirməmməd Hüseynovun azərbaycançılıq ideologiyasının sadiq keşikçilərindən biri olduğunu bildirib, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərdiyini vurğulayıblar.


Ailəsi adından çıxış edən alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Universitetin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. Qeyd edib ki, Ş.Hüseynovun ömrünün böyük hissəsi universitet ilə bağlı olub. O, Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi.
Lalə Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.


Tədbirdə iştirakçılar Şirməmməd Hüseynovun kitabları ilə tanış olublar. Onlara alimin 95 illiyi münasibətilə “525-ci qəzet”in hazırladığı “Ustad” xüsusi buraxılışı təqdim edilib.

Bareylefin aşılından sonra tədbir BDU-nun tədris-teleradio studiyasının dəyirmi zalında davam edib, xatirələr dinlənilib. Bildirilib ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb, üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. Şirməmməd müəllim təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada virusdan rekord sayda ÖLÜM 3 Aprel 2020, 02:19 Koronavirusla bağlı nikbin proqnoz 3 Aprel 2020, 00:52 Qeyri-iş günlərinin sayı artırıldı 3 Aprel 2020, 00:29 Gürcüstanda koronavirusa 134 nəfər yoluxub 3 Aprel 2020, 00:11 Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA 3 Aprel 2020, 00:04 Almaniya da Çini geridə qoydu 2 Aprel 2020, 23:50 OPEC+ iclasının gündəmə gəlməsi nefti bahalaşdırdı 2 Aprel 2020, 23:48 ABŞ-da koronavirusdan ölənlərin sayı 5316 nəfərə çatdı 2 Aprel 2020, 23:36 Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib - VİDEO 2 Aprel 2020, 23:26 Vətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcək 2 Aprel 2020, 23:14 Fransada daha 471 nəfər koronavirusdan öldü 2 Aprel 2020, 23:02 “Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi 2 Aprel 2020, 22:51 Daha bir ölkədə virus aşkarlandı 2 Aprel 2020, 22:44 "Avropa İttifaqı Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır" - Andris Ameriks 2 Aprel 2020, 22:34 Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir” 2 Aprel 2020, 22:17 Koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ 2 Aprel 2020, 22:07 Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək” 2 Aprel 2020, 22:04 "Ailədə 1 mobil telefon varsa, digər üzvlər üçün də icazə alına bilər" - Ülvi Mehdiyev  2 Aprel 2020, 21:47 Azərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır 2 Aprel 2020, 21:24 “Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” -  Almaniyadakı Azərbaycanlı həkimdən HƏYƏCAN TƏBİLİ 2 Aprel 2020, 21:13 Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı 2 Aprel 2020, 21:03 Süleyman dayının USTAD DƏRSİ 2 Aprel 2020, 21:01 Müsavat Partiyasında ağır itki 2 Aprel 2020, 20:51 Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib 2 Aprel 2020, 20:51 Bu sahələr fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİ 2 Aprel 2020, 20:37 Azərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI 2 Aprel 2020, 20:35 Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında 2 Aprel 2020, 20:27 Xüsusi karantin dövründə işə cəlb edilən qurumların SİYAHISI AÇIQLANDI 2 Aprel 2020, 20:11 Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06