Arxiv
19 Dekabr 2019, 12:27 | MƏDƏNİYYƏT
Rəşid Behbudov irsini kimlər mənimsəyib? - AÇIQLAMA

Bu gün Rəşid Behbudovla bağlı yaradılmış "Rashid Behbudov Official" rəsmi Youtube kanalının iki ili tamam olub. Kanal Rəşid Behbudov Fondu tərəfindən yaradılıb. Kanalı fondun bədii rəhbəri Rəşidə Behbudova və direktoru Kamil Şahverdi idarə edir.

Modern.az-ın məlumatına görə, Kamil Şahverdi kanalın hansı zərurətdən yaradılması haqqında danışıb. Bildirib ki, müasir dövrdə sosial şəbəkələrin rolunu nəzərə alaraq, Rəşid Behbudov irsinin gələcək nəsillərə Youtube vasitəsilə daha keyfiyyətli şəkildə çatdırmaq məqsədilə bu kanalı yaratmağa qərar veriblər.

“Qısa zaman kəsiyində kanalı ziyarət edənlərin sayı 3 milyon nəfərə yaxındır. Bunu da qeyd edək ki, kanalı 70-ə yaxın ölkədə izləyirlər. Çox maraqlıdır ki, kanal doğma vətənimiz və qardaş ölkə Türkiyədən sonra Rusiya, ABŞ, Almaniya, Qazağıstan, Ukrayna, Kanada, İngiltərə və İsraildə sevilir və maraqla izlənilir”.

Kamil Şahverdi daha sonra bildirib: "Bir məsələni də xüsusi olaraq qeyd edim ki, kanalı yaradanda düşünürdük ki, Rəşid Behbudova daha çox yaşlı nəsil baxacaq. Amma biz bunun tam əksini gördük. İstəyirəm ki, sizə bir statistik göstəricini təqdim edim. Kanalı izləyənlərin yaş həddi belədir:
1. 18-34 yaş arası 61 %
2. 35-44 yaş arası 15%
3. 45-54 yaş arası 9%
4. 13-17 yaş arası 3,6%

Bunu da qeyd edim ki, kanala indiyə qədər cəmi 90 video yüklənib. Bu əlimizdə olan materialların cüzi bir hissəsidir. Digər materialların müasir texnoloji tələblərə uyğunlaşdırılması üzərində işlər gedir və hazır olduqca hər həftə bir əsər paylaşılacaq”.

Kamil Şahverdi söhbət zamanı çox ciddi problemlərin olduğunu da vurğulayıb.

”Biz bu kanalı yaradanda elə bilirdik ki, hər şey qaydasında olacaq. Amma sonradan gördük ki, dəhşətli mənzərə yaranıb. Təsəvvür edin ki, ən məşhur dünyəvi musiqi platformalarında (Apple music, Spotify, Shazam, SoundCloud, Amazon, Yandex music və s.) Rəşid Behbudovun mahnıları yerləşdirilib. Maraqlıdır ki, dünyanın bir çox ölkələrində bəzi şirkətlər Rəşid Behbudovun ifalarına qanunsuz olaraq lisenziyalar əldə edərək, qeyri-qanuni şəkildə bu platformalarda satış həyata keçirirlər. ABŞ, İngiltərə, Hollandiya, Rusiya, Yunanıstan, Polşa və digər ölkələrdə qeydiyyatda olan bu şirkətlərin Rəşid Behbudovun ifalarına lisenziyanı hansı yollarla əldə etmələri bizə məlum deyil. Bu bir yana, əsas problemlərdən biri də budur ki, bu mahnıların adları dəyişdirilir, müəlliflərin adları saxtalaşdırılır və Azərbaycan musiqi mədəniyyətinə ağır zərbə vurulur".

Kamil Şahverdi bütün bunlarla bağlı bildirib ki, sözügedən məsələlərin həlli üçün artıq Azərbaycan Respublikasının aiddiyyatı qurumlarına müraciət olunub və rəsmi sənədlər təqdim edilib. Rəşid Behbudov Fondunun direktoru əminliklə vurğulayıb ki, Azərbaycan dövlətinin dəstəyi ilə yaxın zamanda bu məsələlər həllini tapacaq və ədalət bərpa olunacaq.

“Bu problemlər öz həllini tapandan sonra "Rashid Behbudov Official" Youtube kanalı daha dinamik inkişaf mərhələsinə qədəm qoyaraq dünyəvi meqa kanala çevriləcək və Azərbaycan musiqi mədəniyyətini bütün dünyada daha geniş təbliğ edəcək”.

Kamil Şahverdi xüsusi olaraq əsl musiqiyə dəyər verməyi bacaran bütün oxucuları, Rəşid sevərləri "Rashid Behbudov Official" Youtube kanalına abunə olmağa və kanalda paylaşılan mahnılarda öz fikirlərini paylaşmağa dəvət edib. O bildirib ki, hər bir abunəçi və onların fikirləri Fond üçün dəyərlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü 25 May 2020, 20:09 Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi 25 May 2020, 20:02 Keçmiş səfir Elmar Məmmədyarovu müdafiə etdi: “Vicdanınız olsun, montajdır!” - VİDEO 25 May 2020, 19:57 Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaltdı 25 May 2020, 19:41 Putinin mətbuat katibi koronavirusdan sağaldı 25 May 2020, 19:13 Bu rayonlarda yağış yağır 25 May 2020, 18:54 “Münasibətlərimizin yüksək səviyyədə olmasından fərəh duyuram” - Lukaşenko 25 May 2020, 18:41 Səudiyyə Ərəbistanında daha 2235 nəfər virusa yoluxdu 25 May 2020, 18:16 Tovuzda maşın aşdı - xəsarət alan var 25 May 2020, 17:59 Orduda ən yaxşı kəşfiyyat qrupu məlum oldu 25 May 2020, 17:47 Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır 25 May 2020, 17:39 Prezident Pir Ömər Sultan ziyarətgahında - FOTO 25 May 2020, 17:28 Biləsuvarda qoyun oğrusu saxlanıldı 25 May 2020, 17:23 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu 25 May 2020, 17:13 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında 25 May 2020, 17:06 Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA 25 May 2020, 17:00 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54 Türk dünyasının tarixini, milli irsini tanıdan AKADEMİYA 25 May 2020, 16:49 Votsapda 17 kq narkotik satmaq istəyən qardaşlar saxlanıldı 25 May 2020, 16:41 Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var - İsa Həbibbəyli 25 May 2020, 16:31 İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq 25 May 2020, 16:23 “Türk Şurası əlaqələrimizin inkişafına təkan verəcək” - Macarıstan Prezidenti 25 May 2020, 16:17 “Şollerin arxivi” filimi ABŞ-da Qranta laiq görüldü 25 May 2020, 16:15 Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 25 May 2020, 16:06 Prezident Şamaxıya getdi - FOTO 25 May 2020, 16:02 Beynəlxalq Türk Akademiyası - 10 25 May 2020, 15:59 Şamaxının icra başçısından koronavirus AÇIQLAMASI 25 May 2020, 15:56 Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri 25 May 2020, 15:47 Bu ölkədə 2 mindən çox hamilə koronavirusa yoluxub 25 May 2020, 15:39 İcra başçısının müavini koronavirusa yoluxdu 25 May 2020, 15:26 Şamaxıda kran aşdı - Ölən var - YENİLƏNİB 25 May 2020, 15:25 Dövlət başçıları İlham Əliyevi təbrik etdilər 25 May 2020, 15:17 “Qardaş xalqlarımız arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək” - Berdiməhəmmədov 25 May 2020, 15:09 Sabahın TELEDƏRSİ 25 May 2020, 14:59 “Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması 25 May 2020, 14:45