Modern.az

Daşnakların Azərbaycanla müharibə XOFU: “Adekvat cavab gücündə deyilik”

Daşnakların Azərbaycanla müharibə XOFU: “Adekvat cavab gücündə deyilik”

24 Dekabr 2019, 16:04

“Azərbaycanla növbəti müharibə qaçılmazdır”.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın millətçi “Daşnaksütyun” partiyasının siyasi məsələlər üzrə büro üzvü və “Ay Dat” ofisinin direktoru Kiro Manoyan deyib.

 

Manoyanın fikrincə, Ermənistanın hərbi strategiyasının olmaması Azərbaycanla müharibəni qaçılmaz edir:

“Düşünürəm ki, budəfəki müharibə 2016-cı ilin aprelindəki döyüşlərdən qat-qat ağır olacaq. Bu xoşagəlməz proqnozu etməyə əsas kimi Bakının ciddi cəhdlə müharibəyə hazırlaşmasını göstərə bilərəm. Ermənistan tərəfi bu hazırlığa adekvat cavab vermək gücündə deyil”-deyə Manoyan söyləyib.

 

O, baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmasını da təslimçi hesab edir.

 

   

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu