Arxiv
30 Dekabr 2019, 15:13 | DİASPOR
Fuad Muradov: “Harada yaşamasından asılı olmayaraq hər birimizin üzərinə mühüm vəzifələr düşür”

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

 

Təbrikdə deyilir:

 

“Dəyərli həmvətənlər, əziz dostlar! 

 

Milli birlik və doğma vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

 

Ermənistanın təcavüzkar siyasəti nəticəsində hələ də həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem olaraq milli birliyimizin daha da möhkəmləndirilməsini zəruri edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği, milli birliyin möhkəm və davamlı olması naminə harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın, diaspor təşkilatının üzərinə mühüm vəzifələr düşür.

 

2019-ci il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, milli-mədəni irsin təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində 524 layihə və tədbir həyata keçirilmişdir.

 

Bu il daha 7 Koordinasiya Şurası təsis edilib. Beləliklə, hazırda 29 ölkəni təmsil edən ümumilikdə 11 Koordinasiya Şuraları fəaliyyət göstərir. Dövlət tərəfindən diaspor fəaliyyətinin dəstəklənməsi üçün “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilib, 4 ölkədə “Qarabağ” adlı Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

 

2019-cu ildə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib. Azərbaycan Diasporuna Dəstək Fondun müəyyən etdiyi prioritet istiqamətlər üzrə 37 diaspor təşkilatının və 17 diaspor üzvünün layihəsi maliyyələşdirilmişdir.

 

Diaspor işinin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi, eləcə də diaspor təşkilatları və üzvləri ilə görüşlər zamanı müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətlər davam etdiriləcəkdir.

 

Əziz həmvətənlər, bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, yeni ildə sizə və ailələrinizə can sağlığı, xoşbəxtlik, doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş FACİƏ 23 Fevral 2020, 12:24 Bu gün magistraturaya qəbul imtahanı keçirilir 23 Fevral 2020, 12:00 “Yarımçıq qalmış oyun” – VIII səhnəli PYES 23 Fevral 2020, 11:47 İrandakı zəlzələ Naxçıvanda da hiss edilib 23 Fevral 2020, 11:28 Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik” 23 Fevral 2020, 11:05 İranda güclü zəlzələ olub 23 Fevral 2020, 10:44 Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozuldu 23 Fevral 2020, 10:29 İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49