Arxiv
30 Dekabr 2019, 21:03 | QARABAĞ
“Ermənistan rəhbərliyi həqiqəti tez başa düşsə, danışıqlar prosesində irəliləmək şansımız yaranar” - İlham Əliyev 

"Ermənistan rəhbərliyi sadə həqiqəti nə qədər tez başa düşsə, bizim danışıqlar prosesində irəliləmək şansımız yaranar".

Modern.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı bildirib ki, 2019-cu il münaqişənin nizamlanması üçün itirildi: "Hesab edirəm ki, 2019-cu il münaqişənin nizamlanması üçün itirildi. Bunun günahı isə erməni tərəfinin qeyri-ardıcıl, ziddiyyətli və anlaşılmaz mövqeyidir. Çünki il ərzində biz Ermənistanın ali rəhbərliyinin bir-birinə tamamilə zidd olan bəyanatlarını eşidirdik. Məsələn, onlardan biri Dağlıq Qarabağın “müstəqil dövlət” olması və Azərbaycanın belə adlandırılan “müstəqil dövlət” ilə danışıqlar aparmalı olması barədə bəyanatdır. Bu, danışıqlar prosesinin tamamilə pozulması, mahiyyətcə onun dayandırılması cəhdi idi. Təbii ki, bununla nə biz razılaşa bilərdik, nə də vasitəçi ölkələr – ATƏT-in Minsk qrupunun həmsədrləri. Bildiyimə görə, onlar da Ermənistan rəhbərliyinə xəbərdarlıq etdilər ki, bu populist və zərərli, təhlükəli siyasətdən əl çəksin".

Prezident vurğulayıb ki,  Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsidir:  "Görünür ki, bu ağlabatan məsləhəti eşidən Ermənistan rəhbərliyi öz mövqeyini dəyişdi, lakin yenə də daha pis bir istiqamətdə. Ermənistanın baş nazirinin növbəti bəyanatı ondan ibarət oldu ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Onda bizdə belə bir sual meydana çıxır: onlar gah deyirlər ki, Dağlıq Qarabağ heç kimin, o cümlədən Ermənistanın da tanımadığı müstəqil dövlətdir, gah da deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır. Bu da yalandır. Beləliklə, onlar özləri Dağlıq Qarabağın nə olduğunu bilmirlər. Əgər onlar Dağlıq Qarabağın nə olduğunu bilmirlərsə, biz bunu onlara izah edə bilərik. Mən bunu oktyabrda “Valday” forumu çərçivəsində sizin kanalınızın birbaşa efirində etmişəm, onda demişdim ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Erməni tərəfinin tezislərindən fərqli olaraq, bu, həqiqətdir, çünki həm tarixi ədalət, həm də beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir. Azərbaycan BMT-yə daxil olanda, o, özünün tam ərazi bütövlüyü çərçivəsində üzv olub. Əgər biz buraya BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsi haqqında qətnamələrini, digər beynəlxalq təşkilatların qətnamələrini və heç bir ölkənin Dağlıq Qarabağ adlanan ağlasığmaz və qeyri-qanuni qurumu tanımadığını da əlavə etsək, onda görərik ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində olmalıdır. Ona görə də Ermənistan rəhbərliyi bu sadə həqiqəti nə qədər tez başa düşsə, bizim danışıqlar prosesində irəliləmək şansımız yaranar. Bəli, sülhə doğru irəliləmək fəal danışıqlar prosesi ilə müşayiət olunmalıdır. Erməni tərəfinin bizim Dağlıq Qarabağla danışıqlar aparmalı olduğumuz barədə bəyanatına baxmayaraq, indi danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. Mənim baş nazir Paşinyanla görüşlərim, o cümlədən ATƏT-in Minsk qrupunun təsbit etdiyinə görə, martda Vyanada keçirilən rəsmi görüş erməni tərəfinin onu necə dəyişmək istədiyinə baxmayaraq, bir daha təsdiq etdi ki, danışıqlar prosesi və format dəyişilməyib. Ona görə də sülhə doğru irəliləmək və danışıqlar trekində real tərəqqi paralel getməlidir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi 27 Fevral 2020, 11:04 ““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər”  27 Fevral 2020, 10:57 Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ 27 Fevral 2020, 10:55 Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsindən DANIŞDI 27 Fevral 2020, 10:51 Gürcüstanda koronavirus tapılan şəxslə bağlı Nazirlikdən rəsmi AÇIQLAMA 27 Fevral 2020, 10:45 Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ 27 Fevral 2020, 10:39 Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verdi 27 Fevral 2020, 10:32 Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək 27 Fevral 2020, 10:26 Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı 27 Fevral 2020, 10:23 ÜST: Koronavirusdan 2761 nəfər ölüb 27 Fevral 2020, 10:18 ABŞ Konqresində Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2020, 10:15 Bakıda kütləvi dava: Yaralılar var 27 Fevral 2020, 10:14 Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı 27 Fevral 2020, 10:11 Azərbaycanda yeni doğulan buzova görə 100 manat verilir – MÜSAHİBƏ 27 Fevral 2020, 10:06 Danimarkada da koronavirus aşkarlandı 27 Fevral 2020, 10:04 UNEC-in Zaqatala filialında yenilik 27 Fevral 2020, 10:04 Bakı polisi bir gündə 20 nəfəri saxladı 27 Fevral 2020, 10:01 Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib 27 Fevral 2020, 09:57 “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO 27 Fevral 2020, 09:50 Azərbaycan Sarkisyan və Koçaryanı beynəlxalq axtarışa verə bilər - RƏSMİ 27 Fevral 2020, 09:45 “Yuventus” və “Real” məğlub oldu - Çempionlar Liqası 27 Fevral 2020, 09:40 Məktəblərdə tədris müddəti dəyişə bilər? - QƏRAR 27 Fevral 2020, 09:36 Çindən kənarda koronavirusa yoluxanların sayı 3000-ə çatdı 27 Fevral 2020, 09:30 Düşmən kəndlərimizi atəşə tutdu 27 Fevral 2020, 09:26 Şirvanda ər arvadını yataq otağında amansızcasına qətlə yetirdi 27 Fevral 2020, 09:22 Paytaxtın girişində tıxaca son qoyulacaq - FOTO 27 Fevral 2020, 09:15 İdlibdə 2 türk əsgəri həlak oldu 27 Fevral 2020, 09:10 Gürcüstan Azərbaycanla sərhədləri bağlayıb? 27 Fevral 2020, 09:05 Salyanda ər keçmiş arvadını qətlə yetirib evini yandırdı 27 Fevral 2020, 09:03 Yerin ikinci peyki peyda oldu 27 Fevral 2020, 09:00 Daha iki ölkədə koronavirus aşkarlandı 27 Fevral 2020, 08:55 Çində koronavirusdan ölənlərin sayı  2744-ə çatıb 27 Fevral 2020, 08:48 Bakıda yaşayış binasında yanğın: 14 nəfər təxliyə olundu 27 Fevral 2020, 08:40 Koronavirusa yoluxan şəxs Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gedib 27 Fevral 2020, 00:58 Arvadının hədiyyəsi ərini milyonçu etdi 27 Fevral 2020, 00:41