Modern.az

“Xaricdə ermənilərin Qarabağa turist cəlb etdiyinin şahidi oluruq” - ETİRAZ

“Xaricdə ermənilərin Qarabağa turist cəlb etdiyinin şahidi oluruq” - ETİRAZ

Qarabağ

7 Yanvar 2020, 15:53

Məlum olduğu kimi, Ermənistan tərəfi ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlər təşkil etməklə qondarma rejimi təşviq etmək və turizmdən gəlir əldə etmək kimi məqsədlər güdür. Hər nə qədər doğru, ya da yalan olsa da Qarabağda yaradılmış “qondarma rejim”rəhbərliyi 2019-cu ildə işğal alıtndakı Azərbaycan torpaqlarına 44 min turistin gəldiyini bildirib.

 

Maraqlıdır, əzəli və əbədi olaraq bizə məxsus olan Qarabağa turist axının qarşısını almaq üçün Azərbaycan hansı işləri görməlidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Səməd Seyidov turistlərin Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsinin tamamilə yalnış olduğunu bildirib:

 

“Təbii ki, bəzi ölkələrdən turistlərin Dağlıq Qarabağa  getmək imkanı var. Lakin onların o ərazilərə səfər etməsi tamamilə yalnışdır. Bizim gördüyümüz işlərin də bi istiqaməti, bir qolu Qarabağa qeyri-qanuni olan gedişlərinin qarşısının alınmasıdır. Ümumi olaraq biz bu məsələni təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdə də müzakirəyə çıxarırıq və çıxaracağıq. Beynəlxalq təşkilatlarda da bu məsələ qaldırılmalıdır”.

 

Azərbaycan Turizm Agentlikləri Assosasiyasının idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov dəfələrlə xarici ölkələrdə ermənilərin Dağlıq Qarabağa turist cəlb etdiklərinin şahidi olduğunu deyir:

 

“Assosasiya olaraq biz belə halların şahidi oluruq. Məsələn, xaricdə turizm sərgisinə gedəndə ermənilərin Dağlıq Qarabağın görüntülərini əks etdirən stendlərin qoyduğunu görürük. Bu halda biz təşkilatçılarla ünsiyyətə keçib bu halın qarşısını alırıq. Demək olar ki, hər dəfə biz danışıqlar apardıqdan sonra təşkilatçılar bu məsələnin qarşısını alıb. Turizm Agentliyi də bizimlə eyni səviyyədə bu problemin qarşısını almağa çalışır. Biz daimi olaraq öz partnyorlarımızla, turizm şirkətləri ilə adanışıqda vəziyyəti izah edirik. Belə hallar da olur ki, bəzən turizm şirkətləri bizə müraciət edir ki, hansısa xarici turizm şirkətinin saytında ermənilərin Qarabağla bağlı yayımladığı reklamlar, ümumi görüntülər gedir. Biz də öz imkanlarımızdan istifadə edərək həmin reklam çarxalarının hamısını saytlardan sildirməyə müvəffəq oluruq. Xarici İşlər Nazirliyi də həmin ərazilərə səfər edənləri siyahıya alır və gələcəkdə onların Azərbaycanın digər ərazilərinə girişi qadağa olunur. Bu problemlə tək dövlət qurumu yox, hər bir vətəndaş məşğul olmalıdır.  Bu sahədə təbliğetmə güclü olmalıdır. Hər bir azərbaycanlı istər xaricdə, istərsə də ölkə daxilində həmin torpaqların Azərbaycana məxsus olması və qondarma separatçı rejim ilə bağlı təbliğat işləri aparmalıdır”.

 

İllərdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını “qara siyahı”ya salır, onların Azərbaycana səfərlərini yasaqlayır.

 

Yerli və xarici məlumatlara əsasən, hər il minlərlə əcnəbi Qarabağa qanunsuz səfərlər edir.

 

Bu mənfi tendensiyanın qarşısını almaq üçün 2011-ci ildə deputat Qüdrət Həsənquliyev Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim etmişdi. Amma nədənsə layihə müzakirəyə çıxarılmadı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir