Modern.az

Rusiyada 3 azərbaycanlını 10 ilə qədər həbs gözləyir

Rusiyada 3 azərbaycanlını 10 ilə qədər həbs gözləyir

10 Yanvar 2020, 13:08

Rusiyanın Sankt-Peterburq şəhərində 3 Azərbaycan vətəndaşı cinayət faktı ilə bağlı saxlanılıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Frunze rayonunda qeydə alınıb. Yaşları 17 ilə 26 arasında dəyişən 3 azərbaycanlı gənc Sofiysk küçəsində 25 yaşlı takis sürücüsünə hücum edərək onun 15 min rubl pulunu, mobil telefonunu, bank kartını və sənədlərini ələ keçirib.

 

Qısa müddətdə ələ keçən azərbaycanlılara qarşı “qarət” maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə onları 10 ilə kimi həbas cəzası gözləyir.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər