Modern.az

Türkiyənin məşhur aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru vəfat etdi

14 Yanvar 2020, 11:47

Türkiyənin məşhur aktyoru və müğənnisi Rəcəb Aktuğ 65 yaşında dünyasını dəyişib.

 

Modern.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyorun ölüm xəbərini qızı Zeynəb Aktuğ “Tvitter” hesabında bildirib.

 

Qeyd edək ki, Rəcəb Aktuğ Türkiyənin bir çox məşhur seriallarında əsas rol ifaçılarından biri kimi çıxış edib. Aktyora ən çox məşhurluq qazandıran “Kurtlar Vadisi Pusu” serialında Ender bəy və “Aşk-Memnu” serialında Hilmi bəy obrazı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır