Arxiv
14 Yanvar 2020, 14:10 | AKTUAL
Milli Məclisin keçmiş işçisindən şikayət var: Evini kirayəyə verən keçmiş məmur ilə qonşusu arasında QALMAQAL

Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7 –də yaşayan Məmmədova Felmira İsax qızı Milli Məclisin keçmiş işçisi Səyyad Ələsgərovdan şikayətçidir.

 

F.Məmmədovanın Modern.az-a ünvanladığı şikayətdə deyilir:

 

“Mən Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7 –də yaşayıram. Mənzilimlə üzbəüz Milli Məclisin keçmiş işçisi Səyyad Ələsgərovun mənzilidir. Özü həmin evdə yaşamır, dəfələrlə evi əxlaqsızlıq yuvası kimi gündəlik olaraq naməlum insanlara kirayə verib. İndi isə qanunsuz olaraq, hostel kimi əcnəbilərin istifadəsinə verib. Səyyad Ələsgərovla əlaqə saxlayıb, elədiyinin qanunsuz olduğunu, yaşayış yerində hostel yaradılmasının düzgün olmadığın bildirsəm də, mənə kobud şəkildə “Mənə Prezident icazə verib hostel açmağa, get kimə istəyirsən şikayət elə, istəyirsən Moskvadan jurnalist çağır” deyə bildirdi.

 

Çox xahiş edirəm, aidiyyatı qurumlar məsələyə münasibət bildirsinlər”.

 

Səyyad Ələsgərov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O qarşı tərəfin haqsız olduğunu iddia edib:

 

“Qeyd edilən ünvan mənim övladımın evidir və ev icarəyə verilib. Evi icarəyə götürənlər pakistanlıdırlar. Dünən polis idarəsindən adam çağırdım ki, onların mənşəyini müəyyənləşdirsin, kimdirlər, nəçidirlər.

 

Bu gün pakistanlılarla rəsmi notariat qaydada müqavilə bağlanacaq və ev hostel kimi istifadə edilməsi üçün onlara icarəyə veriləcək. Müqavilə bağlanan kimi rəsmi qurumlara məlumat ötürülür və istənilən məlumat orada öz əksini tapıb. Pakistanlılar bizneslə məşğul olmaq üçün bizim ölkədədirlər. Prezidentin aztəminatlı turistlərin ölkədə yerləşməsi üçün lazımi şəraitin yaradılması ilə bağlı sərəncamı var. Mən də buna əməl edirəm.

 

Hələ həmin evdə kimsə yaşamırsa, vətəndaş hansı haqla insanlara əxlaqsız deyir? Pakistanlılar oradan hostel kimi istifadə edəcək. Hostelin məişət pozğunluğu üçün istifadəsi qeyri-real və qeyri-mümkündür. Hələ orda yaşayan yoxdur. Pakistanlılar dünyada türklərdən sonra Azərbaycana ən yaxın millətdir. Onlar Azərbaycanda iş quaracaqlar. Onların Bəşir Səfəroğlu küçəsində böyük supermarketləri var. Mənim evimdə təsadüfi adam ola bilməz. Mən küçədən keçəni evimə buraxmaram”.

 

S.Ələsgərov qeyd edib ki, qarşı tərəfi məhkəməyə verəcək:

 

“Mən bu dövlətə və Prezidentimə sədaqətlə xidmət edən adamam. Mən o səviyyədə deyiləm ki, mənim evimdə hansısa yuva qurulsun. O adamların özü mənəviyyatsızdır və mən onları məhkəməyə verəcəm. Mən yüksək dövlət statusu daşıyıram. Hələ 1993-cü ildən, Heydər Əliyev Bakıya gəlməmişdən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mən məgər belə bir şəraitin yaranmasına imkan verərəmmi? Ailə dəyərləri mənim üçün hər şeydən önəmlidir. Bunun əksini iddia edənlərlə isə məhkəmədə görüşəcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə əhalinin sayı sürətlə azalır 24 Yanvar 2020, 08:48 Argentinada güclü zəlzələ olub 24 Yanvar 2020, 08:20 Tramp Netanyahunu qəbul edəcək 24 Yanvar 2020, 08:06 Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45 Hicran Hüseynovanın seçicilərlə növbəti uğurlu görüşü - FOTOLAR 23 Yanvar 2020, 22:30 Virusdan ölənlərin sayı 18 nəfərə çatıb 23 Yanvar 2020, 22:14 Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR 23 Yanvar 2020, 21:56 Restoranda içkili vəziyyətdə dava salan nazir 23 Yanvar 2020, 21:41 Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu 23 Yanvar 2020, 21:28 Vilayət Eyvazovdan yeni TƏYİNAT 23 Yanvar 2020, 21:17 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 21:01 ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı 23 Yanvar 2020, 20:37 “Xəşəxuna”ya qaz verildi 23 Yanvar 2020, 20:18 Kraliça “Brexit” sazişini təsdiqlədi 23 Yanvar 2020, 20:01 Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira 23 Yanvar 2020, 19:48 İqbal Məmmədov seçiciləri ilə fərdi söhbət etdi - FOTO 23 Yanvar 2020, 19:39 Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO 23 Yanvar 2020, 19:30 Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu 23 Yanvar 2020, 19:22 XİN: “Ermənistan uydurma təbliğat aparır” 23 Yanvar 2020, 19:15 Tələbələr arasında vətənpərvərliklə bağlı müsabiqə elan olundu 23 Yanvar 2020, 19:07 Azər Kərimli Qaxda gənclərlə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 18:59 Avtovağzalda oxu məntəqələri yaradıldı - FOTO 23 Yanvar 2020, 18:50 İcra başçısı hesabatı dinlədi - FOTO 23 Yanvar 2020, 18:42 Xarici Kitabxana ilə əməkdaşlıq - FOTO 23 Yanvar 2020, 18:34 Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb  23 Yanvar 2020, 18:28 Hadi Rəcəbli 9 kənddə görüşlər keçirib - FOTO 23 Yanvar 2020, 18:21 Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına BAŞLADI 23 Yanvar 2020, 18:14
SORĞU Yeni parlamentdə kimlər olsun?