Modern.az

“Həzi Aslanov” metrostansiyasının eskalatoru sökülür 

“Həzi Aslanov” metrostansiyasının eskalatoru sökülür 

Aktual

15 Yanvar 2020, 14:32

“Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

 

"Bakı Metropoliteni"QSC-dən Modern.az-a verilən məlumata əsasən, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

 

Bildirilir ki, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

 

Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır. Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?