Modern.az

Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu

Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu

15 Yanvar 2020, 14:11

Bakıda əcnəbi vətəndaşın mağazası qarət olunub.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.

 

Pakistan vətəndaşı, 1991-ci il təvəllüdlü Sadam Muhammed Firuzşah oğlu polisə müraciət edərək bildirib ki, Qara Qarayev prospekti 25/29-da işlətdiyi "Lady Star" geyim mağazasına gələn naməlum şəxs özünü kamera ustası kimi təqdim edərək mağazanın kassasından 200 manatı oğurlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür