Modern.az

Yol Polisində daha bir yenilik - VİDEO

Yol Polisində daha bir yenilik - VİDEO

Aktual

15 Yanvar 2020, 16:08

Son günlər Bakıda hərəkətin təşkilində intensivlik müşahidə olunur. Avtosfer.az olaraq bu dəyişiklikdən sonra paytaxtın daha çox problemli nöqtələri olan “20 Yanvar”, “Şamaxinka”, 3-cü mikrorayon və “Memar Əcəmi” dairələrində müşahidələr apardıq. Görüntülərdən də aydın olur ki, artıq həmin ərazilərdə hərəkətin intensivliyi bərpa olunub.

 

Yol polisi əməkdaşları qeyd olunan nöqtələrdə fasiləsiz xidmət aparır, dayanacaqların ətrafını boşaldır, yolun hərəkət hissəsini zəbt edən taksi sürücülərini ərazidən kənarlaşdırırılar. Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunur.

 

Apardığımız araşdırmalardan məlum oldu ki, son günlər Bakıda DYP rəhbərliyi hərəkətin təşkili ilə bağlı yenilik edib. Belə ki, İdarədə kameralara nəzarət edən əməkdaşlar mütəmadi olaraq yollarda xidmət aparan YPX əməkdaşları ilə əlaqə saxlayır. Hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa dərhal ərazidə xidmət aparan əməkdaşa radioqəbuledici vasitəsilə məlumat verilir. YPX əməkdaşları isə vaxt itirmədən deyilən yerə yaxınlaşaraq problemi aradan qaldırır.

 

Bunun nəticəsində yollarda nəqliyyat vasitələrin rahat və fasiləsiz hərəkəti təmin edilir. Sakinlər arasında apardığımız sorğu da bunu təsdiqlədi. Bildirildi ki, şəhərdə son günlər tıxaclar azalıb, dayanacaqlardan istifadə asanlaşıb. Sakinlər yol polisinə bu addıma görə təşəkkür etdilər.(avtosfer.a)

 

Daha ətraflı təqdim etdiyimiz videomaterialda:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir